• $
  • €
  • ₽
  • ₺
  • £

Neft Fondunun vəsaitlərindən istifadədə nöqsanlar aşkarlandı

Neft Fondunun vəsaitlərindən istifadədə nöqsanlar aşkarlandı
08.04.2016 14:13
Azərbaycan Hesablama Palatası Dövlət Neft Fondundan (ARDNF) ayrılan vəsaitlərin istifadəsində bir sıra nöqsanlar aşkar edib. "Report”un Palatanın hesabatına istinadən verdiyi xəbərə görə, 2012-2014-cü illərdə ARDNF Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) 899,97 mln. manat məbləğində vəsait köçürüb.

Belə ki, MKSİF tərəfindən Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymərtləndiirlməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmayıb, yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hiussələrinin müfəssəl ərazi planlaşdırılması çərçivəsində müfəssəl planların hazırlanması, tikintiyə dair texniki-iqtisadi hesablamaların, texniki-iqtisadi əsaslandırmaların dövlət ekspertizasından keçirilməsi təmin edilməyib.

Palata aşkarlayıb ki, satınalma üzrə Tender Komissiyası yaradılsa da, faktiki olaraq işləməyib. Həmçinin, tikinti üzrə avansın istifadə olunmasını əsaslandıran sənədlərinin təqdim edilmədiyi halda 18 məhəllə və qəsəbənin tikintisi üzrə avans ödənişləri edildiyi aşkarlanıb.

Həmçinin, obyektin vaxtında təhvil verilməməsi səbəbindən ARDNF tərəfindən maliyyələşdirilən başa çatmamış tikililərin dəyəri artıb və podratçı təşkilatlar üzrə debitor və kreditor borclar mövcud olub.

Palata tərəfindən təqdim edilən məlumatlara görə, MKSİF tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 36,54 min manat məbləğində vəsaiut müvafiq qaydada bərpa edilib, 5,7 mln. manat məbləğində debitor borc bağlanıb və 131,364 mln. manat məbləğində əsas vəsait uçota alınıb.

MKSİF-də çalışan 3 vəzifəli şəxsə töhmət verilib, 1 şəxs isə işdən azad edilib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol