• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın əsas neft emalı zavodunun tikintisinə gələn il başlanılacaq

Azərbaycanın əsas neft emalı zavodunun tikintisinə gələn il başlanılacaq
12.04.2016 13:37
Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsi çərçivəsində artıq FEED mərhələsinin icrasına başlanılıb və bu mərhələnin 2016-cı ilin sonuna qədər davam etməsi nəzərdə tutulur. 

"Report" xəbər verir ki, bunu Azərbaycan Iqtisadiyyat Nazirliyi və SOCAR-ın təşkilatçılığı ilə Bakıda keçirilən "Sənayenin inkişafına dövlət dəstəyi" adlı tədbirdə Neft-qaz emalı və Neft-kimya Kompeksinin baş direktorunun müavini Emil Alxaslı bildirib. 

E.Alxaslı qeyd edib ki, FEED layihə işləri bu ilin sonuna kimi yekunlaşdıqda tikinti mərhələsinə keçilməsi planlaşdırılır. Onun sözlərinə görə, zavodun yenidən qurulması layihəsinin üç mərhələdə icrası nəzərdə tutulub. 2018-ci ilin iyun ayına qədər yeni bitum qurğusunun istismara verilməsi planlaşdırılır. 

Direktor müavini əlavə edib ki, 2019-cu ilin iyun ayına qədər müəssisədə "Euro-5" standartına uyğun dizel yanacağı istehsalına başlanması nəzərdə tutulur. Üçüncü mərhələdə isə "Euro-5" standartına cavab verən benzin istehsalının təşkili nəzərdə tutulur. Onun sözlərinə görə, artıq 2020-ci ilin may ayına qədər "Euro-5" standartına cavab verən qurğular istifadəyə veriləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol