• $
  • €
  • ₽
  • ₺
  • £

"Moody's": Rusiyada yaxın bir ildə bankların 10%-i bağlanacaq

"Moody's": Rusiyada yaxın bir ildə bankların 10%-i bağlanacaq
15.04.2016 20:05
 Yaxın bir il ərzində Rusiyada fəaliyyət göstərən bankların 10%-nin lisenziyası ləğv edilə bilər.
 
"Report"un "Moody's" beynəlxalq reytinq agentliyinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə Rusiyada 93 bank və bank olmayan kredit təşkilatının lisenziyası ləğv olunub. Bunlardan aktivlərinə görə bank sektorunda önəmli yer tutan "Rossiyskiy Kredit" (45-cı yer), "Probiznesbank" (51), "CB Bank" (85) və "Nota-bank" (97) olub.

"Moody's" agentliyinin vitse-prezidentinin köməkçisi Lev Dorf qeyd edib ki, bankların defolt edəcəyi təqdirdə zərərlərinin ödənilməsi səviyyəsi aşağı olacaq: "Bu o deməkdir ki, Rusiyada bankların müflisləşməsi halında kreditorlar önəmli itkilərlə üzləşəcək". Bankların maliyyə hesabatlarının təhlili isə göstərir ki, onların bir hissəsi artıq ilin sonuna qədər mərkəzi bankın tələblərinə cavab verə bilməyəcək və ödəniş qabiliyyəti olmayan müəssisə elan ediləcək".

Qeyd edək ki, 2014-cü ilin əvvəlindən Rusiyada 200-ə yaxın bankın lisenziyası ləğv edilib. Hazırda ölkədə 700-ə yaxın kredit təşkilatı fəaliyyət göstərir. Rusiya Bankı (Mərkəzi Bank) aprelin 13-də daha iki bankın lisenziyasını ləğv edib.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol