• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank lombardlara “qırmızı işıq” yandırmağa tələsmir - EKSPERT

Mərkəzi Bank lombardlara “qırmızı işıq” yandırmağa tələsmir - EKSPERT
19.04.2016 13:34
"Nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası lombardlara "qırmızı işıq” yandırmağa tələsir. Halbuki, söhbət sayı on minlələrlə ifadə edilən vətəndaşlarımızın müxtəlif formada aldadılmasından gedir".

ANN.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov lombardların vətəndaşlarımızı aldatmasını şərh edərəkdən deyib.

İqtisadçının sözlərinə görə, banklar ilə problemləri yoluna düşməmiş vətəndaşlarımızın lombardlar ilə də çətinlikləri dərinləşməkdədir: "Vətəndaşları "borc bataqlığına” sürükləyən lombardların fəaliyyətinə dövlət qurumları sözün həqiqi mənasında "yaşıl işıq” yandırıblar. Nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası lombardlara "qırmızı işıq” yandırmağa tələsir. Halbuki, söhbət sayı on minlələrlə ifadə edilən vətəndaşlarımızın müxtəlif formada aldadılmasından gedir. Banklardan kredit ala bilməyənlər lombardların bahalı borclarında istifadə etmək məcburiyyətində qalıblar. Məsələ heç də bəzi lombardlar ilə bağlı açılan cinayət işləri ilə tamamlanmır. Aylıq orta hesabla 5 faiz borc təklif edən lombardlar nəticədə illik 60 faizlik kredit xəttindən bəhrələnirlər. İstehlak kreditləri üzrə illik faizin 29-dan çox olmaması ilə bağlı Mərkəzi Bankın qadağalarının isə bu borclara heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, girov kimi götürülən qızıl-zənnət əşyalarının dəyişdirilməsi və bəzi hallarda geri qaytarılmaması faktları da ənənəvi hal almağa başlamaqdadır. Bunların səbəbi isə lombardların fəaliyyətinə, demək olar, heç bir nəzarətin olmamasıdır".

Ekspert problemin həlli yollarını da açıqlayıb: "Əvvəlla, lombardların fəaliyyətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarət etməsinə ehtiyac var. Nəzarətsiz qalan bəzi lombardlar müştərilərini aldatmaqda daha həvəsli görsənirlər. İkincisi, banklarda olduğu kimi lombardlarda da illik faizlərin limitləşdirilməsin ehtiyac var. Bazar qanunlarına ziddi olsa da indiki halda inzibati metodlarıdan istifadə, təəssüf ki, qaçılmazdır. Bu halda lombardlar da illik 29 faizdən artıq faiz ala bilməyəcəklər ki, nəticədə onların bankların qeyri-rəsmi fialları kimi fəaliyyəti də məhdudlaşacaq. Üçüncüsü, lombardlar üçün məcmu kapital və digər öhdəliklərin tətbiqinə ehtiyac var ki, onların məsuliyyətini artırmaq və fəaliyyətlərinə nəzarəti gücləndirmək mümkün olsun. Dördüncüsü, girovlar ilə bağlı konkret məcburi qaydaların işlənib tətbiq edilməsinə ehtiyac var ki, borc götürənin əsl girovunu geri almaq problemi olmasın. Bunların reallaşdırılması çox vacibdir. Əks halda zirzəmilərdə və yarı-zirzəmilərdə fəaliyyə göstərən lombardların sayına uyğun olaraq aldadılan vətəndaşların da sayında da artımlar olacaq".

Orxan Aslanlı


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol