• $
  • €
  • ₽
  • ₺
  • £

Transxəzər tranzit dəhlizinə Mərkəzi Asiya ölkələri də qoşulacaq

Transxəzər tranzit dəhlizinə Mərkəzi Asiya ölkələri də qoşulacaq
02.05.2016 16:39
Türkiyənin ABŞ-dakı səfiri layihənin iqtisadi səmərəsindən danışıb

"Transxəzər Şərq-Qərb ticarət və tranzit dəhlizi Layihəsi"nə gələcək illərdə Türkmənistan, Özbəkistan və Qırğızıstanın da qatılacağı gözlənilir. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç bildirib.

"Çinlə Avropa arasında yüklərin tədarük müddəti 45 gündən 15 günə düşəcək. Bu, müasir "İpək yolu" tam gücü ilə işlədikcə Çindən yola çıxan yük qatarı Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya tez bir zamanda çatacaq. Gələcək illərdə isə Türkmənistan, Özbəkistan və Qırğızıstanın da layihəyə qatılacağı gözlənilir", - deyə türkiyəli diplomat qeyd edib.

Onun sözlərinə görə, bu dəhliz Asiya ilə Avropa arasında mövcud tranzit dəhlizini 1 500 km qısaldacaq və bu məqsədə nail olmaq üçün ABŞ da daxil olmaqla, bir çox ölkələr birgə işləyəcəklər.

Səfir deyib ki, "Transxəzər Şərq-Qərb ticarət və tranzit dəhlizi Layihə"si yekunlaşanda təkcə regional deyil, beynəlxalq iqtisadiyyata və ticarətə də böyük töhfə verəcək: "Bu dəhliz sayəsində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə 110 mln. istehlakçıya xidmət göstərir. Layihə bütün dünya üçün önəmlidir. Bu layihəyə amerikalı şirkətlər də maraq göstərməyə başlayıb".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol