• $
  • €
  • ₽
  • ₺
  • £

Xaçmaz-Xudat və Xudat-Nabran avtomobil yolları təmir edilir

Xaçmaz-Xudat və Xudat-Nabran avtomobil yolları təmir edilir
04.06.2016 12:05

Vətəndaşların rahat gediş-gəlişini təmin etməklə bölgələrdə turizmin və kənd təsərrüfatının inkişafını sürətləndirmək məqsədi ilə uzunluğu 24 km olan Xaçmaz-Xudat və 21 km uzunluğunda olan Xudat-Nabran avtomobil yollarının təmir-bərpası işləri aparılır.

ANN.Az-a "Azəravtoyol” ASC-dən verilən məlumata görə, hər iki avtomobil yolu iki hərəkət zolaqlı olmaqla hərəkət hissələrinin eni 7 metr təşkil edir.

"Xaçmaz-Xudat avtomobil yolunda ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində qabarmış və dağılmış asfalt-beton örtüyü frezlənərək, ərazidən daşınır.

Bunun əvəzinə hamarlayıcı və aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 150 min m2-dan çox ərazinin asfaltlanması nəzərdə tutulur.

Yolun 1,3 km-lik hissəsində torpaq yatağının və yol əsasının yararsız qruntu qazılaraq, çıxarılır. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa çiyinlər bərkidilir, zəruri olan yerlərdə yeni su boruları qoyulacaq, mövcud boruların giriş-çıxışları təmizlənəcək.

Xudat-Nabran avtomobil yolunda da intensiv hərəkət nəticəsində dağılmış və qabarmış hissələr bərpa olunur. Hazırda yol boyu torpaq yatağı və yol əsası kipləşdirilir. Daha sonra həmin hissələrin asfaltlanması işləri həyata keçiriləcək”, - deyə qurumdan qeyd edilib. 

Qurumdan həmçinin bildiriblər ki, hər iki yolda işlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol