• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda aparılan iqtisadi islahatların istiqamətləri açıqlanıb

Azərbaycanda aparılan iqtisadi islahatların istiqamətləri açıqlanıb
23.06.2016 12:16
 "Bü gun sığorta şirkətləri maliyyə və idarəetmə potensialına görə, dayanıqlı və iqtisadiyyatda rol oynayan institusional qurumlara çevrilib. İcbari sığortanın institusionallaşması istiqamətində mühüm nəticələr əldə olunub".

"Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda keçirilən beynəlxalq sığorta forumunda çıxışında bildirib. 

R.Aslanlı deyib ki, son 5 ildə sığorta sektorunun formalaşması, maliyyə sektorunun mühüm elementinə çevrilməsi istiqamətində işlər görülüb: "Sığortanın hüquqi bazası formalaşıb və möhkəmləndirilib. Hüquqi platforma effektiv fəaliyyət üçün yetərlidir".

"Builki forum iqtisadi dinamikada yeni baxışların meydana çıxmasına yardım edəcək. Tədbir maraqlı bir dönəmdə təşkil olunub. Son 5-6 ay ərzində hökumət islahatlarla məşğuldur. Son 15 ildə həm regional, qlobal miqyasda rifahın artım tempinə görə lider mövqeyə malik ölkələrdən biridir. Hökumət iqtisadiyyatın şaxələndirilməsi, çox mühüm islahatlar həyata keçirib. Bu dövrdə iqtisadiyyatın həcmi artıb, iqtisadiyyatda yüksək kapitallaşmaya nail olunub. Azərbaycan azgəlirli ölkələrdən yuxarı ortagəlirli ölkələr siyahısına yüksəlib", - deyə MBNP rəhbəri qeyd edib.

"Bir müddət əvvəl enerji daşıyıcılarının qiymətinin enməsi Azərbaycana təsirsiz ötüşməyib. Bu gün həyata keçirilən islahatların məqsədi əvvəlki yüksək rifahın alternativ, qeyri-neft iqtisadiyyyatı vasitəsilə təmin olunmasıdır", - deyən R.Aslanlı bildirib ki, iqtisadi islahatlar əsasən 4 istiqaməti əhatə edir.
"Birincisi, dayanıqlı makroiqtisadi mühitin yardılması üzərində işləyirik. Bu gün həm manatın məzənnəsi, həm inflyasiya iqtisadi vasitələrlə idarə olunan çərçivədədir. İkincisi, biznesin tranzaksiya xərclərinin azaldılmasını təmin edəcək iqtisadi mühitin formalaşdırılmasıdır. Tədbirlər hökumətdə yüksək siyasi iradə ilə dəstəklənir. Üçüncüsü, sərmayə və maliyyə xidmətlərinə geniş çıxışın təmin edilməsidir. Fəaliyyət müddətimizdə islahatların üçüncü istiqamətində yeni tədbirlər planını müəyyən etmişik və artıq icrasına başlamışıq. Bu, həm bank sekrtorunda, sığortada kapital bazarında fəaliyyəti əhatə edir. Bunlar hökumət tərəfindən həyata keçirilən geniş islahatlar proqramının prioritetlərindəndir. İslahatların gündəliyi biznesin effektivliyini, investorların marağını artıracaq. Həmçinin, sığortadan istifadə edənlərin məmnunluğunu təmin edəcək", - deyə R.Aslanlı qeyd edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol