• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri: Yanacağın az vurulması ilə bağlı şikayətlər var

Komitə sədri: Yanacağın az vurulması ilə bağlı şikayətlər var
27.06.2016 15:07

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə adətən yanacağın keyfiyyəti yox, kəmiyyəti ilə bağlı şikayətlər daxil olur.

ANN.Az "APA-Economics” istinadən xəbər verir ki, bunu Komitənin sədri Ramiz Həsənov deyib.

"Siz bilirsiniz ki, bizdə yanacaq bir yerdən satışa çıxarılır. Yəni, neft bazası bir dənədir. Ona görə, keyfiyyət eyni olmalıdır. Ancaq hansısa "iş adamı” keyfiyyəti dəyişirsə, benzinin tərkibinə nə isə qatırsa, bu, başqa məsələdir. Həmin "iş adamı” cinayət məsuliyyəti daşıyır. 

Bizə adətən keyfiyyət yox, kəmiyyətlə bağlı şikayətlər gəlir. Şikayətçilər deyir ki, yanacaqdoldurma məntəqələrində yanacaq az vurulur və sair. Biz mütəmadi olaraq yoxlama aparırıq. Standarta uyğun olaraq yanacaqdoldurma məntəqələrində avadanlıqlar 3 aydan bir mütləq yoxlanılmalıdır. 

Bəzən görürsünüz ki, məntəqədə çalışanlar özləri müdaxilə edirlər... 

Üstəlik, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıqdan sui-istifadə edənlər də var. Bundan başqa, yanacaqdoldurma məntəqələrində bizim qoyduğumuz möhürləri qırırlar. Möhürləri qırmaq olmaz və mən bu barədə dəfələrlə demişəm. Artıq biz bir neçə bu cür hadisə ilə bağlı prokurorluğa məlumat vermişik və bu barədə cinayət işi qaldırılıb”, - deyə komitə sədri qeyd edib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol