• $
  • €
  • ₽
  • ₺
  • £

"Moody`s" və "Fitch" TAP-ın səhmdarına reytinq verdi

"Moody`s" və "Fitch" TAP-ın səhmdarına reytinq verdi
30.06.2016 15:02
"Fitch" beynəlxalq reytinq agentliyi İtaliyanın qaz infrastruktur operatoru olan "Snam" şirkətinin emitentin uzunmüddətli defolt reytinqini "BBB+" səviyyəsində təsdiq edib.
 
"APA-Economics" "Fitch"in açıqladığı reytinqə istinadən xəbər verir ki, proqnozu stabil olaraq qorunub.
 
Agentliyin ekspertləri hesab edir ki, reytinqin bu səviyyədə təsdiqlənməsinə şirkətin İtaliyanın qaz bazarındakı rolu, düzgün tənzimləyici sistemin olması səbəb olub. Analitiklər inanır ki, ən azından şirkət qismən də olsa artan boşluqdan istifadə edərək öz strateji mövqeyinə uyğun olaraq ölkəxarici inkişafı davam etdirəcək.

"Moody's" reytinq agentliyi isə "Snam"ın uzunmüddətli emitent reytinqini "Baa1" səviyyəsində təsdiq edib və proqnozu stabil saxlayıb.
 
Qeyd edək ki, "Snam" TAP layihəsində 20%-lik paya malikdir.
 
TAP "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-cu ilin sonunda başlanması gözlənilir.
 
TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), "Snam” (20%), "Fluxys” (16%), "Enagas” (16%) və "Axpo” (5%) şirkətləridir.
 
Kəmərin uzunluğu 1800 km-dir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol