"Bağlanmış bankların sağlamlaşdırılması ilə bağlı cəhdlər nəticə vermədi"

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının sağlamlaşdırılması ilə bağlı cəhdlər nəticə verməyib.
"Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, hazırda qalan banklar normal rejimdə fəaliyyət göstərirlər və bank sektorunda ciddi problem yoxdur: "Hətta bağlamış 4 bankın belə, fəaliyyətində son günə qədər hər hansı problem müşahidə olunmurdu. Çünki biz bu banklarda olan problemlərin bütün sektora keçməsinə, iqtisadi proseslərə təsir etməsinə imkan vermədik”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















