• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Yunanıstanı SOCAR-ın yatıracağı yüz milyonlardan məhrum edir?

Avropa Yunanıstanı SOCAR-ın yatıracağı yüz milyonlardan məhrum edir?
26.07.2016 13:23
Yunanıstanın müxalif deputatları hesab edirlər ki, yeni nazir Yunanıstan iqtisadiyyatını iri investisiyalardan məhrum edib

Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skurletis bu ölkənin qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi məsələsinin hələ də baş tutmamasına görə Avropa Komissiyasını günahlandırıb. "Report" Yunanıstan KİV-inə istinadən xəbər verir ki, yunan nazir belə bəyanatla parlamentdə çıxış edib.

P.Skurletis qeyd edib ki, rəsmi Brüssel tenderdə qalib gəlmiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təkcə gələcək payının - 66%-in 49%-ə kimi azaldılması deyil, həm də onun operatorun idarəçiliyində söz sahibi olmayan passiv səhmdara qədər haqqının kiçildilməsi şərtini qoyub.

Müxalif deputatlar bildiriblər ki, nazir Yunanıstan iqtisadiyyatını 400 mln. avrodan və SOCAR-ın gələcəkdə yatıracağı 10 mlrd. avrodan məhrum etdiyinə görə, məsuliyyət daşıyır.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol