• $
  • €
  • ₽
  • ₺
  • £

Azad Cavadov: "Yeni uçot dərəcəsinin bazara təsirinə baxacağıq"

Azad Cavadov: "Yeni uçot dərəcəsinin bazara təsirinə baxacağıq"
09.08.2016 11:36
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 2,5 faiz bəndi artıraraq 9,5%-ə çatdırsa da, bu, hələ əmanətlərin sığortalanması üçün maksimal faiz həddini (12%) artırmağa əsas vermir.
 
Bu barədə "Report"a açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum ilk növbədə yeni uçot dərəcəsinin bazara təsirinə baxmalıdır: "Sığortalanma faizinin artırılması bazarın reaksiyasından asılı olacaq. Əgər AMB-nin qərarından sonra əmanətlərin illik faiz dərəcəsində artım olarsa, o zaman faiz həddinin artırılması qaçılmaz olacaq. Əmanətlərin gəlirliliyində nəzərəçarpacaq artım olmasa, faizlərin artırılmasına ehtiyac olmayacaq".

Bununla yanaşı, A.Cavadov qeyd edib ki, faizlərin artırılması həm də aidiyyəti dövlət qurumları ilə razılaşdırılmalıdır: "Sığortalı əmanətlərə görə kompensasiya limiti (30 min manat) aradan qaldırılıb. Son nəticədə, qorunan əmanətlərin həcmi yarım il ərzində 2 mlrd. manatdan 4,5 mlrd. manata qədər artıb. Bu təminatı verən dövlətdir və sığortalanma faizinin artırılmasına dövlət də razılıq verməlidir. Çünki, faiz artacaqsa qorunan əmanətlərin məbləği bir qədər də artacaq".


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol