• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə Nazirliyindən Cahangir Hacıyevin ittihamlarına CAVAB

Maliyyə Nazirliyindən Cahangir Hacıyevin ittihamlarına CAVAB
02.09.2016 16:02
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankına külli miqdarda ziyan vurulması faktı ilə əlaqədar bankın İdarə Heyətinin sabiq sədri və onunla birlikdə təqsirləndirilən şəxslərin işi üzrə keçirilən iclaslarda Maliyyə Nazirliyinin rəhbər şəxsləri haqqında deyilənlərə münasibət bildirməsi üçün "APA-Economics" nazirliyin mətbuat katibi Mayis Piriyevə müraciət edib.
 
Bankın İdarə Heyətinin sabiq sədrinin keçirilən məhkəmə iclaslarında Maliyyə Nazirliyinin rəhbərliyinin ünvanına səsləndirdiyi ittihamlarla əlaqədar nazirliyin mətbuat katibi deyib ki, bir qayda olaraq qurum səfehləmələrə münasibət bildirmir və bu tip açıqlamaların səviyyəsi hər hansı bir ciddi reaksiya da tələb etmir.
 
"Yeganə olaraq qeyd edə bilərik ki, müttəhim kürsüsündə əyləşən bankın sabiq rəhbərinin həqiqəti əks etdirməyən və hər hansı fakta söykənməyən boğazdan yuxarı "açıqlamaları" törətdiyi cinayətləri siyasiləşdirmək, ictimaiyyətin diqqətini törətdiyi və bu gün məhkəmə predmeti olan əməllərindən yayındırmaq və mühakiməyə aidiyyəti olmayan məsələlərə yönəltmək məqsədi ilə  istifadə edilən ucuz fəndlərdən başqa bir şey deyil. Həmin uğursuz fəndlər və manevrlər də nəticə etibarı ilə məhz özünü ifşaedici xarakter daşıyır. Belə ki, həmin şəxsin məhkəmə iclasında etiraf etdiyi kimi, qaytarılmayan kreditlərin ayrılması bilavasitə onun şəxsi qərarları və tapşırıqları əsasında həyata keçirilmişdir. Bu zaman Müşahidə Şurasının müəyyən etdiyi kredit riskləri üzrə limitlər kobud şəkildə pozulmuşdur (limitlər aşdığı təqdirdə Müşahidə Şurasının razılığı olmalı idi). Bir çox hallarda isə kreditlər bankın İdarə Heyətinin sabiq sədrinin ayrı-ayrı xarici ölkələrdə yaradılmış və nəticə etibarı ilə sahibliyi ona məxsus olan müxtəlif ofşor şirkətlərə (Lüksemburqun adını o təsadüfən çəkməyib) ötürülərək banka heç bir fayda gətirməyən layihələrin həyata keçirilməsinə yönəldilmiş və ya nağdlaşdırılaraq mənimsənilmişdir", - deyə açıqlamada qeyd olunub.
 
Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, 2009-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Müşahidə Şurasının qərarlarına zidd olaraq 1,5 mln manat limitindən yuxarı məbləğlərdə hüquqi və fiziki şəxslərə ümumilikdə 1,3 milyard manat, 1,4 milyard dollar və 300 milyon avro həcmlərində kreditlər verilmişdir ki, bunların da əksəriyyəti uzun müddət ərzində qaytarılmayaraq problemli və ümidsiz kreditlər qrupuna aid edilib: "Eyni zamanda, bankın sabiq rəhbərliyinin göstərişləri ilə mövcud qanunvericiliyə zidd olaraq 2 minə yaxın halda 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq hər hansı müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti ofşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunmuşdur. Bu vəsaitlər sonradan çoxpilləli köçürmələr vasitəsilə son benefisiarı və ya benefisiarlardan biri Cahangir Hacıyev olduğu layihələrə yönəldilib, onların əksəriyyəti bu günədək qaytarılmamış qalmaqdadır".
 
O ki qaldı Müşahidə Şurasının qərarları ilə rəsmiləşdirilməsinə razılıq verilən kreditlərə, M. Piriyev deyib ki, bunların sayı 7, ümumilikdə məbləği isə 250 milyon ABŞ dolları və 261 milyon manat təşkil edib ki, bugünkü tarixə qeyd olunan kreditlərin hamısı bağlanıb.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol