Bakı Metropoliteni daha bir sosial layihə keçirdi - FOTOLAR

Bakı Metropoliteni tədris ilinin başlanması ilə əlaqədar birinci sinif şagirdlərini təbrik edib.
ANN.Az xəbər verir ki, bu gün metronun "Elmlər Akademiyası" stansiyasında sosial layihə həyata keçirilib. Qurumun sözçüsü Nəsimi Paşayev birincilərə sual verməklə onlara hədiyyələr verib: "Tədris ilinin başlanması ilə əlaqədar birincilərə sürpriz hazırlamışıq. Birinci sinifə yeni qədəm qoyan məktəblilərə suala verərək onlara hədiyyələrini verəcəyik. Sosial layihəmiz "Elmlər Akademiyası" metrostansiyasından başlayıb digər stansiyalara kimi davam edəcək".
Xatırladaq ki, bu gün "Elmlər Akademiyası" stansiyasının əsas girişi təmirdən sonra istifadəyə verilib.
Orxan Aslanlı





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















