• $
  • €
  • ₽
  • ₺
  • £

Aydın Əliyev: 1,1 ton heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Aydın Əliyev: 1,1 ton heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb
19.09.2016 16:25
Sentyabrın 19-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının  Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində əfqanıstanlı gömrükçülər üçün təşkil olunmuş seminarın açılışında  iştirak etmək məqsədilə Azərbaycana səfərə gələn Əfqanıstan İslam Respublikası Gömrük Departamentinin Baş direktoru  Əhməd Rəşad Popalı qəbul edib.
 
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə DGK sədri Aydın Əliyev iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq,  2013-cü ilin fevral ayında Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Əfqanıstana səfərini məmnunluqla xatırladaraq keçirilən görüşlərin, müzakirə olunmuş məsələlərin əhəmiyyətindən danışıb, eləcə də Azərbaycan tərəfinin gömrük işi sahəsində-istər informasiya texnologiyaları, qaçaqmalçılıqla mübarizə, istərsə də kadr potensialının gücləndirilməsi ilə bağlı və s. sahələrdə yardımlarını əfqanlı həmkarlarına bundan sonra da əsirgəməyəcəyini vurğulayıb.
 
DGK sədri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib və təkcə bu ilin 8 ayı ərzində Əfqanıstan mənşəli 1 ton 100 kiloqramdan artıq narkotik vasitə-heroinin aşkarlandığını, bu narkotik vasitələrin narkokuryerlər tərəfindən Azərbaycan ərazisindən tranzit olaraq daşınmasına cəhd göstərildiyini diqqətə çatdırıb. Bu kimi halların qarşısının alınması üçün əməkdaşlığın önəminə toxunan Komitə sədri hər iki ölkənin əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan əməkdaşlarının qarşılıqlı fəaliyyətinin, treninqlərin, seminarların təşkil olunmasının zəruriliyini vurğulayıb.
 
Əfqanıstan Gömrük Departamentinin Baş direktoru  Əhməd Rəşad Popal isə öz növbəsində ÜGT-nin  Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən seminarın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.
 
O iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açaraq Azərbaycan və Əfqanıstan gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Qonaq ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulayan qonaq, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib, eyni zamanda Azərbaycan tərəfinə ölkəsinin gömrük xidmətinə edilən yardımlara görə təşəkkürünü də bildirib.
 
Ə.R.  Popal eyni zamanda iqtisadi-ticari əlaqələrdən, ticarət dövriyyəsinin həcmindən də söhbət açmış, dövriyyənin daha da artırılması ilə bağlı imkanların mövcudluğundan bəhs edib.
Qonaq iki ölkə arasında gömrük işi sahəsində nəzərdə tutulan normativ-hüquqi sənədin işlənib hazırlanmasının və gələcəkdə imzalanmasının da zəruriliyini bildirib,  belə bir sənədin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini diqqətə çatdırıb.
 
Görüşdə, eyni zamanda gələn ay İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin gömrük xidməti rəhbərlərinin toplantısında müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol