• $
  • €
  • ₽
  • ₺
  • £

Ünvanlı sosial yardım alanlara ərzaq kartı verilsin - EKSPERT

Ünvanlı sosial yardım alanlara ərzaq kartı verilsin - EKSPERT
20.09.2016 17:43
İqtisadçı Qalib Toğrul Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən Ünvanlı Dövlət Sosial Yardımla (ÜDSY) təkliflər irəli sürüb.

ANN.Az saytı xəbər verir ki, ekspertin sözlərinə görə, bu yardımın verilməsilə bağlı elektron sistemə keçdikdən sonra da problemlər həll olunmayıb. 

"Maraqlıdır ki, bu sahədə korrupsiya və rüşvət olduğunu etiraf edən yeni rəhbərlik nazirliyin data base-də formalaşmış sosial yardım alanların bazasından imtina etmək əvəzinə yeni yardım təyinatları zamanı ona istinad etməyə başladı, hətta özünümaliyyələşdirmə layihəsinin də bu baza əsasında həyata keçiriləcəyini elan elədi.

ÜDSY obrazlı desək, ölü doğulub. Sistem işə düşdüyü ilk ildən (2006) bugünə qədər bu istiqamətdə təxminən 2 milyard manat pul xərclənib. Ancaq sosial yardım alanların yarıdan çoxunun yoxsul (aztəminatlı ailə) olmaması xərcləmələrin səmərələliliyini azaldıb”.

Qalib Toğrul sosial yardım sistemindəki korrupsiya hallarının azaldılması (ləğvi), iqtisadi böhran və son aylar artan inflyasiya fonunda əhalinin aztəminatlı həssas təbəqəsinin qorunması, sosial gərginliyin yumşaldılması məqsədilə təkliflər irəli sürüb.

1. Sosial yardım alanlara hər ay pul yardımı əvəzinə ancaq ərzağa xərclənmək şərtilə sosial kartlar verilsin. Yəni həmin kartdakı məbləğə ərzaqdan başqa heç nə almaq mümkün olmasın. Dünya təcrübəsində yoxsul ailələrin əksəriyyəti aldıqları yardımın demək olar ki, hamısını ərzağa xərcləyirlər. Bunun üçün nazirlik bu istiqamətdə bir tədqiqat aparıb real vəziyyətə aydınlıq gətirə bilər. Ancaq onu deyim ki, İqtisadi Tədqiqatlar Mərkəzinin 2013-cü ildə apardığı tədqiqat bunu təsdiq edib.

2. Sosial kart vasitəsilə alınmasına icazə verilən ərzağın siyahısı hazırlanaraq təsdiq edilsin. 
Bu siyahıya saxlanma müddəti qısa olan ilkin tələbat malları – çörək, süd, pendir, yağ, xama, kəsmik, tərəvəz, meyvə, şəkər tozu, ət, yumurta, qarabaşaq, düyü və sair daxil edilə bilər.

3. Kartdakı məbləğin tamının bir ay (və ya ayyarım) ərzində xərclənməsi şərti qoyulsun. Bir aydan sonra həmin məbləğ dondurlulsun.

4. Kart vasitəsilə ancaq əvvəlcədən razılaşdırılmış, sosial kartların xüsusi sistemə inteqrasiya olunduğu marketlərdə alış-veriş etmək mümkün olsun.

5. Sosial kartların verilməsi zamanı ÜDSY-nin hesablanması üçün istifadə olunan Ehtiyac meyarı göstəricisindən imtina olunmalı, adambaşına aylıq gəliri Ölkə üzrə Yaşayış Minimumu göstəricisindən aşağı olan aztəminatlı ailələrin üzvlərinə verilən məbləğ elə bu göstəriciyə uyğun olaraq da hesablanmalıdır.
Son vaxtlar əksər ərzaq məhsullarının bahalaşması artıq ÜDSY-nın hazırkı hesablanma mexanizmini üçün istifadə olunan 105 manatlıq Ehtiyac meyarının ləğvini, 136 manatlıq Yaşayış minimumunu keçməyi tələb edir.

6. Nəhayət, yerli istehsalı təşviq etmək üçün sosial kartla yalnız Azərbaycan istehsalı olan məhsulların alınması şərti qoyulmalıdır.

7. Ən nəhayət, yeni sistemə keçməzdən nazirliyin data base-dəki sosial yardım alanlar ciddi surətdə ələkdən keçirilməli, yoxlanılmalı, əsl yoxsullar üçün sosial yardımın qapısı həmişə açıq olmalıdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol