• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük Komitəsi və Caspian European Club əməkdaşlığı canlandırır

Gömrük Komitəsi və Caspian European Club əməkdaşlığı canlandırır
22.09.2016 14:12
Sentyabr 21-də Bakıda "Holiday İnn Baku” hotelində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Caspian European Club-un (Caspian Business Club) biznes-forumu təşkil olunub. Biznes-forum AR Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərliyi ilə keçirilib. 

İkisaatlıq biznes-forum zamanı biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, problemlər və onların həlli ilə bağlı təkliflər dinlənilib. Bizneslə Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbərliyi arasında yaradılmış konstruktiv dialoq zamanı həmçinin birgə işgüzar komitə yaradılıb. Bu komitə Caspian European Club-un (Caspian Business Club) üzv şirkətlərinin xahiş və təkliflərinə operativ qaydada reaksiya verəcək. 

Biznes-forumda www.caspianenergy.org saytında açıq şəkildə keçirilmiş seçkilərdə qalib gələn Caspian European Club-un (Caspian Business Club) İdarə Heyətinin yeni tərkibi elan edilib.

Biznes-forumun yekünunda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Caspian European Club -un (Caspian Business Club) Sədrin birinci müavini və Baş icraçı direktoru Telman Əliyevə "Gömrük əmədaşlığının möhkəmləndirilməsinə görə” döş nişanını təqdim etdi.  Telman Əliyev Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirdi.

Biznes-forumda Azərbaycan, Qazaxıstan, Rusiya və Türkiyədən 130-dan çox biznesmen, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol