• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan "Deutsche Bank"ın istiqrazlarında zərər etməyib

Azərbaycan "Deutsche Bank"ın istiqrazlarında zərər etməyib
06.10.2016 14:58
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya portfelində yer alan "Deutsche Bank"ın istiqrazlarından zərər etməyib. 

ARDNF-dən "Report"un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən bankın istiqrazlarının qiymətlərində qısamüddətli enmə müşahidə olunsa da, Fond bundan zərər görməyib: "Buna səbəb, Fondun yatırımlarını hazırkı strategiya çərçivəsində qaytarılma müddətinə qədər saxlamasıdır. Yəni, "Deutsche Bank"ın istiqrazlarının gündəlik bazar qiyməti dəyişiklik göstərə bilər. Lakin Fond istiqrazları onların vaxtı bitənə qədər realizə etmədiyindən, hər hansı bir zərərlə üzləşmə mümkün deyil".

Xatırladaq ki, ARDNF-dən verilən məlumata əsasən, Fondun investisiya portfelində 180 mln. ABŞ dolları ekvivalentində "Deutsche Bank" istiqrazları mövcuddur. Bu da məcmu investisiya portfelinin 0,52%-ni təşkil edir. Ümumiyyətlə, ARDNF-nin istiqraz portfelində 45 ölkədən, 227 fərqli emitentin 691 emissiyası mövcuddur. Bu da ARDNF-nin investisiya portfelini, həm onun investisiya aktivlərinə görə, həm bu aktivlərin yerləşdirildiyi valyutalara görə, həm də hər bir investisiya aktivi daxilində istər emitent, istər coğrafi region, ayrı-ayrı ölkələr, istər sektorlar üzrə yüksək diversifikasiya edildiyini göstərir.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol