• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "İşəgötürənlər təhlükəsizlik qaydalarını kobud şəkildə pozurlar"

Nazir: "İşəgötürənlər təhlükəsizlik qaydalarını kobud şəkildə pozurlar"
11.10.2016 13:38
"Artıq 1 ilə yaxın müddətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tikinti şirkətlərində yoxlamalar aparmır. Buna görə də biz müxtəlif təbliğat vasitələri ilə tikinti şirkətlərinə, işəgötürənlərə xəbərdarlıq, xahiş edərək bildirmişik ki, əməyin təhlükəsizliyi qaydalarına riayət edilsin".
 
"APA-Economics" xəbər verir ki bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir təəssüflə bildirib ki, son zamanlar əməyin təhlükəsizliyi qaydaları işəgötürənlər tərəfindən kobud şəkildə pozulur: "Təəssüflər olsun ki, işəgötürənlər əməyin təhlükəsizliyinə yönəldilməli olan vəsaitə qənaət edir, onu başqa istiqamətə yönəldirlər. Bunun nəticəsidir ki, tikintidə insan itkisi ilə nəticələnən hadisələr baş verir. Bunun qarşısının alınması üçün mən bir daha işəgötürənlərə müraciət edirəm ki, əməyin təhlükəsizliyi qaydalarına riayət etsinlər. Hər belə hal üçün ağır təhqiqat nəticələri ortaya çıxır. Bu isə sığorta şirkətlərinin işinə də çətinlik törədir. İşçilərin sığortalanmaması onlara problem yaradır, nəticədə onların ailəsi sığorta ödənişi ala bilmirlər".
 
Nazir əlavə edib ki, bu sahədə sığorta işini həyata keçirən sığorta şirkətləri özlərinin sığorta yığımlarının bir hissəsindən ölkədə əməyin təhlükəsizliyi normalarına əməl olunmasına nəzarəti həyata keçirmək üçün müəyyən bir fond yaratmalıdırlar. "Əgər bu baş verərsə, düşünürəm ki, bu sahədə müəyyən qayda-qanun yarada bilərik", - deyə nazir bildirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol