• $
  • €
  • ₽
  • ₺
  • £

İKT sahəsində havaya sovrulan qrantlar - natamam saytlar, işləməyən mobil tətbiqlər - ARAŞDIRMA

İKT sahəsində havaya sovrulan qrantlar - natamam saytlar, işləməyən mobil tətbiqlər - ARAŞDIRMA
26.10.2016 17:01
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yarandığı gündən ölkədə İKT sahəsində güclü potensialı olan layihələrin nəhayət maliyyələşdirilməsi və bu sahənin inkişaf etdirilməsi gözləntiləri böyük idi.

Əsasnaməsindən də göründüyü kimi, fondun məqsədi ölkədə İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir.
 
"Report” fond tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olan layihələrin həyata keçirilməsinin hansı səviyyədə olduğunu araşdırıb.

Qeyd edək ki, 2015-ci ildə elan olunmuş ikinci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunub, 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib. Ümumilikdə, layihələrin həyata keçirilməsinə 300 min manatdan yuxarı vəsait ayrılıb.

Araşdırma zamanı həyata keçirilmə səviyyəsi yoxlanılan bütün layihələrin qeyri-işlək vəziyyətdə olduğu üzə çıxıb:

 

"tacirlink.az” layihəsi. 10 min manat ayrılan layihənin məqsədi ölkədə e-ticarət və onlayn ödəniş xidmətlərinin stimullaşdırılması və geniş istifadəsinə nail olmaq üçün biznes subyektlərini və istehlakçıları onlayn rejimdə birləşdirən elektron ticarət şəbəkəsi yaratmaqdır. Hazırda həmin sayt elan olunduğu formada fəaliyyət göstərmir və daxil olduqda saytın natamam olduğu məlum olur...
 


SoSmart layihəsi. SoSmart yerindən və vaxtdan asılı olaraq telefonu avtomatik səssiz və ya vibrasiya rejimlərinə keçirən bir mobil tətbiq olmalı idi. Bu layihə üçün 10 min manat vəsait ayrılıb. Vəsait ayrılımasından 9 ay keçməsinə baxmayaraq, mobil tətbiq hələ də hazırlanmayıb. Araşdırma nəticəsində "Sosmart” adlı başqa məqsədlə işləyən mobil tətbiqə rast gəldik, bu isə avtomobil qəzasını müəyyən edən "Sosmart SPA” şirkətinin xidmətidir.
Whatto layihəsi.Whatto qarderobu bir yerə toplayan və nə geyinməyi təklif edən mobil tətbiq olmalı idi. 10 min manat ayrılan bu layihənin də mobil tətbiqi hələ də fəaliyyət göstərmir.

 
 
Qeyd edək ki, SoSmart və Whatto layihələri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrantı Zülfüqar İsmayılzadə tərəfindən təqdim olunmuşdu və layihələrinin reallaşdırılıması işləri universitetin İnnovativ Biznes İnkubatorunda həyata keçirilməli idi...

MUZEYCARD layihəsi. Bu layihə Bakıda yerləşən muzeylərin şəbəkəyə birləşdirən bir kart sisteminin və proqram təminatının yaradılmasını və satışını nəzərdə tutur. Daha doğrusu tuturdu. 10 min manatlıq qrant layihəsinin aqibəti ilə bağlı maraqlanmaq üçün ümumiyyətlə əlaqələndirici şəxs tapılmadı.

Sizinmarket.az layihəsi. "Sizinmarket.az” adı altında Vahid Elektron Ticarət Mərkəzinin və Elektron biznes platformasının (aqreqatorun) yaradılması planlaşdırılırdı. 10 min manat ayrılan bu layihənin icrasına başlanmasından (?) 9 ay keçməsinə baxmayaraq sayt fəaliyyət göstərmir. 

Sizinmarket.az hazırda Facebook səhifəsi kimi işləyir, texnologiya və ticarətlə bağlı müxtəlif xəbərlər paylaşılır. 

 
investbaku.az layihəsi. Bakı Şəhərinin İnvestisiya Portalı layihəsi Bakı şəhərinə, yerli və xarici investorların cəlb edilməsi yönündə yerli və xarici investorların hər hansısa bir regionda investisiya mühitinin əlverişliliyi, investisiya imkanları, prioritet sahələr və digər bu kimi mövzulara aid tam dolğun informasiya verərək, Bakı şəhərindəki investisiya imkanlarına aid peşəkar konsultasiya xidmətləri göstərməyi nəzərdə tutan veb portal və həmin portalın mobil tətbiq layihəsi kimi nəzərdə tutulub. 12 min manat ayrılan bu layihənin portalı natamam fəaliyyət göstərir, məlumatlar köhnədir və yenilənmir.

StayTuned.az layihəsi. Bu mobil əyləncə bələdçisi Azərbaycanın İKT bazarında tam dolğun və mükəmməl əyləncə-informasiya bələdçisi kimi təqdim olunmalı idi. 10 min manat ayrılan bu layihənin də portalı fəaliyyət göstərmir.


 
Getonline.az layihəsi. Təqdimatından göründüyü kimi, sayt internet istifadəçilərinə müxtəlif təyinatlı ixtisaslaşdırılmış mağaza, kafe, restoran və sair xidmət sektorlarında çalışan ticarət obyektlərinin, xidmətlərindən bir sayt üzərindən faydalanmaq imkanı verməlidir. 12 min manat ayrılan layihənin portalı fəaliyyət göstərmir, domen sahibinin nömrəsi isə ümumiyyətlə təyin olunmayıb.
 

Qısa araşdırmanın əhatə etdiyi bu 8 layihənin maliyyələşdirilməsi üçün 82 min manat ayrılıb, lakin heç biri istifadəçilərin ixtiyarına verilməsi üçün hazır vəziyyətdə deyil.
 
 


Bu günlərdə isə Fond növbəti qrant müsabiqəsinin qaliblərini elan edib, 29 layihəyə ümumilikdə 395 min AZN qrant vəsaiti ayrılıb.
İkinci müsabiqədən fərqli olaraq, bu ay elan olunan qalib layihələrin məqsədi və təsviri belə verilməyib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol