• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər üçün tikilən binanın təhvil veriləcəyini VAXT AÇIQLANDI

Jurnalistlər üçün tikilən binanın təhvil veriləcəyini VAXT AÇIQLANDI
03.11.2016 23:35
Azərbaycan televiziya yaradılması işində müsəlman şərqində birinci olub. Hər bir xalqın teleradiosu onun güzgüsüdür. Teleradio milli mədəniyətin ən yaxşı nümunələrini üzə çıxarır, onu təbliğ edir.

ANN.Az Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan radiosunun 90, Azərbaycan televiziyasının 60 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində deyib.

Onun sözlərinə görə, teleradionun ən mühüm funksiyalarından biri də maarifləndirmədir:
 
"Teleradio həm də tarixi özündə yaşadan bir vasitədir". 

Ə.Həsənov Azərbaycan televiziyasının müstəqillik illərində keçdiyi yola nəzər salıb: 

"Müstəqilliyin ilk illərində kütləvi informasiya vasitələri öz missiyalarını yerinə yetirə bilmirdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sahə xeyli inkişaf etdi, senzura ləğv edildi. Heydər Əliyev deyirdi ki, teleradio nəsillər arasında bağlılığı təmin edir. Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, media sahəsində də inkişaf hiss olunur. İnternetə çıxış imkanları artıb. Azərbaycan televiziyaları xeyli inkişaf edib. Bunun üçün bütün zəruri tədbirlər görülür”.

Prezident köməkçisi qeyd edib ki, hazırda 10 ümumrespublika, 13 regional televiziya fəaliyyət göstərir: 

"Prezident İlham Əliyev mediaya dövlət qayğısını sistemləşdirib. 2013-cü ildə jurnalistlər üçün bina tikilidi, istifadəyə verildi. Növbəti bina da tikilir, yəqin ki, 2017-ci ilin əvvəlində təhvil veriləcək”.

Ə.Həsənov əlavə edib ki, ölkə əhalisinin 85 faizi informasiyanı televiziyalardan alır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol