• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzər dənizində donanma sayı əhəmiyyətli dərəcədə artıqdır və bu vəziyyət qış mövsümündə də davam edəcək - ARAŞDIRMA

Xəzər dənizində donanma sayı əhəmiyyətli dərəcədə artıqdır və bu vəziyyət qış mövsümündə də davam edəcək - ARAŞDIRMA
07.11.2016 17:57
Hazırda Xəzər dənizi limanlarında neft və neft məhsullarının daşınmasına istifadə edilməsi üçün rekord sayda tanker cəlb olunub.
 
Yalnız Xəzər dənizi daxilində fəaliyyət göstərən Qazaxıstan, Azərbaycan və Türkmənistan gəmiçilik şirkətlərindən əlavə, regionda Rusiya bayrağı ilə üzən tankerlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Çay naviqasiyasının bağlanmasından əvvəl Rusiya gəmiçiləri, adətən, yük olmaması və davamlı daşıma baxımından az riskli regionlarda fəaliyyət göstərməyə üstünlük verərək Xəzər dənizindən ayrılır. Ancaq bu il Rusiya gəmiçilik şirkətlərinin əksəriyyəti donanmalarını Xəzərdə saxlamaq niyyətində olduqlarını bəyan edirlər. Onların arasında "MRP-Tanker" MMC (7 tanker), "MT-Group" (2 tanker), "Palmali" Şirkətlər Qrupu (təxminən 10 tanker), həmçinin "VF Tanker" və "PraymŞippinq" kimi Xəzər dənizindəki ənənəvi oyunçularla (Azərbaycan Xəzər dəniz Gəmiçiliyinin "Kaspar" gəmiləri - 30-dan çox tanker, "KazMorTransFlot" - 8 tanker, Türkmənistan dəniz ticarət donanması - 6 tanker) rəqabət aparmağa hazır şirkətlər var.

Lakin bazar təhlili göstərir ki, Xəzər dənizində mal dövriyyəsinin artmasına baxmayaraq, xam neft və neft məhsulları qışda bütün donanmaları işlə təmin etmək üçün kifayət etməyəcək. Bu, istər-istəməz rəqabətin sərtləşməsinə və fraxtın (mal daşınması üçün ödəniş - red.) aşağı düşməsinə gətirib çıxaracaq.
 
Belə ki, bazar iştirakçıları xam neft və neft məhsullarının nəqli dərəcəsinin Türkmənistan - Bakı marşrutu üzrə 7-8 dollara, Türkmənistan - Mahaçqala marşrutu üzrə isə 9-10 dollara qədər azalacağını hesab edirlər. //Report

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol