• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bananın ucuzlaşma səbəbi AÇIQLANDI

Azərbaycanda bananın ucuzlaşma səbəbi AÇIQLANDI
28.11.2016 12:30
Azərbaycanda bananın qiyməti ucuzlaşmaqda davam edir. Qiyməti adətən, 2.50 – 3 manat civarında olan banan hazırda, paytaxt dükanlarında 1.6 – 2 manata satılır. Dolların manata nisbətdə bahalaşması səbəbilə, bəzi məhsulların qiymətində artım baş verdi, lakin idxal olunan bananın qiyməti hələ də ucuzlaşır.

Bananın qiymətində dəyişikliyin olmasının səbəbi nədir? Ölkəyə keyfiyyətsiz banan idxal edilirmi?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ANN.Az-a açıqlamasında ucuzlaşmanı əhalinin kəskin şəkildə alıcılıq qabiliyyətinin aşağı düşməsilə əlaqələndirib:
 

Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert
 
"Əhali artıq əvvəlki kimi eqzotik meyvələrə, bahalı meyvə-tərəvəzə maraq göstərmir. Ölkədə əhalinin əsas hissəsini kasıb təbəqə təşkil edir. Varlı təbəqə isə çox az səviyyədədir. Bu səbəbdən də, bu işlə məşğul olan adamlar anlayırlar ki, qiyməti əvvəlki kimi yüksək saxlamaq onlara ziyan verə bilər. Həmçinin, ölkəyə gətirdikləri banan və digər meyvələr qısa müddətdə xarab ola bilər. Qiyməti dövriyyə hesabına endirməklə, doğru addım atıblar. Yəni, daha çox mal satıb, dövriyyə hesabına gəlir əldə edirlər. Amma məhsulun ucuzlaşmasına baxmayaraq, regionda olan digər qonşu dövlətlər arasında analoji məhsulun satış qiyməti yenə də bahadır”. 

"Qiymətin bu səviyyədə qalması bir müddət davam edəcək. Bananın qiymətinin ucuzlaşdırılması yaranmış vəziyyətə uyğundur. Alıcılıq qabiliyyəti azalmasaydı, qiymət enməsinin şahidi olmayacaydıq”, - deyə ekspert əlavə edib.

Məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Murtuzəli Hacıyev bananın qiymətinin ucuzlaşmasının ölkəyə yararsız məhsul gətirilməsi ilə əlaqəsinin olmadığı bildirdi:
 
 
Murtuzəli Hacıyev -  Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi
 
"Nazirliyə belə bir fakt daxil olmayıb. İstər ölkəyə idxal olunan, istərsə də ölkədə yetişdirilən məhsullar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən keçirilir, onların keyfiyyətləri analiz edilir. Yəni, ölkəyə keyfiyyətsiz bananların gətirilməsilə bağlı yayılan informasiyalar yanlışdır. Bananın qiymətin ucuzlaşıb, daha yaxşı. Bu haqda başqa heç nə deyə bilmərəm. Azərbaycanda banan yetişdirilmir. Ölkəyə idxal olunan bananın keyfiyyətsizliyi ilə bağlı heç bir məlumat doğru deyil”.
     
Orxan Aslanlı
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol