• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Beynəlxalq Hava Limanı 3 milyon sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Hava Limanı 3 milyon sərnişinə xidmət göstərib
07.12.2016 17:30
Bu ilin noyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 231 mindən çox sərnişinə xidmət göstərmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur.

Hava Limanının mətbuat xidmətindən ANN.Az-a daxil olan məlumata görə, ümumilikdə, 2016-cı ilin 11 ayı ərzində Bakı hava limanı təxminən 3 milyon sərnişinə xidmət göstərib. 1,8 milyon sərnişin AZAL aviaşirkətinə üstünlük vermişdir ki, onlardan 500 min nəfəri "Azərbaycan Hava Yolları"-nın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə daşınıb. Bu, hava limanının ümumi sərnişin dövriyyəsinin 16 faizini və ya AZAL-ın sərnişin daşımalarının 27 faizini təşkil edir.

Bu müddət ərzində yük terminalları vasitəsilə 14,5 min ton yük daşınıb.

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olmuşdur. 11 ayın yekunlarına əsasən bu istiqamətlər üzrə 1,38 milyon sərnişin daşınıb.

2016-cı ildə "Iraqi Airways", "Fly Baghdad", "ATA Airlines", "Air Cairo", "Mahan Air", "Komaviatrans" aviaşirkətləri və Rusiyanın "Pobeda" lou-kosteri Azərbaycana uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol