• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək" - "Fitch"

"Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək" - "Fitch"
12.12.2016 15:45
"Fitch" beynəlxalq reytinq agentliyi 2017-ci ilə üzrə MDB və Gürcüstanın bank sektorlarına dair proqnozlarını açıqlayıb.
 
ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, hazırda reytinq agentliyinin Rusiya, Ermənistan və Ukraynanın bank sektorları üzrə proqnozu stabildir.
 
Bununla yanaşı, "Fitch"in Qazaxıstan, Azərbaycan və Belarusun bank sektorları üzrə proqnozu neqativdir:
 
"Bu ölkələrin milli valyutaları kəskin devalvasiya ilə üzləşib. Adıçəkilən ölkələrdə xarici valyuta ilə kreditləşmə olduqca yüksək səviyyədədir. Tənzimləyicilər bankların aktivlərini yenidən qiymətləndirməli və bankların kapitallaşmasına nail olmalıdır".
 
Gürcüstan və Özbəkistanın bank sektorları üzrə reytinq stabildir.
 
Rusiyanın bank sektoru üzrə proqnoz rublun məzənnəsinin və ölkə iqtisadiyyatının stabilləşməsinə əsaslanıb.
 
Agentliyin mütəxəssisləri qeyd edir ki, Azərbaycan banklarının kapitalına və likvidliyinə təzyiq mövcuddur. Buna səbəb aktivlərin keyfiyyətinin pisləşməsidir.
 
"Ciddi kapital defisiti və zərərləri nəzərə alaraq Azərbaycan banklarının maliyyə çətinliyi ilə üzləşəcəyini proqnozlaşdırırıq. Yaranmış vəziyyətdə sektorda "təmizləmə"nin davam edəcəyini düşünürük", - deyə məlumatda qeyd edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol