• $
  • €
  • ₽
  • ₺
  • £

Metronun "Nizami" stansiyasında əsaslı təmir işləri aparılır - FOTOLAR

Metronun "Nizami" stansiyasında əsaslı təmir işləri aparılır - FOTOLAR
15.12.2016 16:12
"Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında ilk dəfə irihəcmli əsaslı təmir işləri aparılır.
 
Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Məqsəd mozaik pannoların keyfiyyətli mühafizəsini təmin etmək, korroziyaya məruz qalan konstruksiyaların dəyişdirilməsidir.
 
  
Bakı metropoliteninin "Nizami” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinin növbəti mərhələsi uğurla davam etdirilir. Təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, stansiyanın hər iki qatar yolunun divarları tam təmir olunaraq istifadəyə verilib. Hazırda platforma səviyyəsində və platformaaltı hissədə təmir işləri aparılır.
 
 
"Nizami” stansiyasında ilk dəfədir ki, bu miqyasda əsaslı təmir işləri aparılır. Qeyd edək ki, stansiya mürəkkəb hidrogeoloji şəraitdə tikilib. 1976-cı ildə istifadəyə verilmiş dərinözüllü stansiya həmçinin aqressiv sularla əhatə olunub. Elə bu səbəbdəndir ki, axıntılar nəticəsində dəmir-beton konstruksiyalar korroziyaya məruz qalır.
 
 
 
Korroziyaya məruz qalan ərazi, sadəcə, tunel deyil. Platforma divarlarında və platformaaltı sahələrdəki konstruksiyalarda da bu hal müşahidə edilir. Uzun müddətdir istifadədə olan platforma divarlarının mərmər örtüyü və stansiyanı bəzəyən Nizami Gəncəvinin əsərlərindən ibarət mozaik pannolarda da qopma təhlükəsi yaranıb. Bu, həm də sərnişinlər üçün təhlükə yaradırdı.
 
 
Stansiyada aparılan təmir işlərinin əsas məqsədi məhz Nizami Gəncəvinin əsərlərindən ibarət mozaik pannoların elementlərində əmələ gələn qopmaların və platforma divarlarındakı mərmər üzlüklərin düşmə təhlükəsinin qarşısını almaq, korroziyaya məruz qalan konstruksiyaların dəyişdirilməsindən ibarətdir.
 
 
Mozaik pannoları divarlara birləşdirən dəmir konstruksiyalar tam korroziyaya uğradığı üçün onların dəyişdirilməsi və möhkəmləndirilməsi prosesi davam edir. Təbii ki, dünyanın ən gözəl, memarlıq baxımından göz oxşayan stansiyaları arasına düşən "Nizami” stansiyasındakı mozaik pannoların əvvəlki görkəminə qaytarılması, bərpası əsas məqsədlərdəndir.
 
 
 
Bu pannolar, ilk olaraq, bütöv halda divardan ayrılır, daha sonra arxasındakı dəmir konstruksiyalar dəyişdirilir, xüsusilə pannonun arxa hissəsində korroziyaya və nəmişliyə qarşı qoruyucu maddələrdən istifadə olunur. Mozaik panno yerinə bərkidildikdən sonra onun üzərində bərpa və möhkəmləndirmə işləri aparılır.
 
 
Məlumat üçün bildirək ki, stansiyadakı pannoların müəllifi boyakar, qrafik və teatr rəssamı, professor Mikayıl Abdullayevdir. Hazırda pannoların bərpası ilə məhz peşəkar rəssamlar - Mikayıl Abdullayevin tələbəsi olmuş Zöhrab Cabbarov, keramika üzrə mütəxəssis Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olurlar.
 
 
Bundan başqa, stansiyada havalandırmanı yaxşılaşdırmaq məqsədilə platformaaltı xidməti otaqların divarları sökülür. Stansiyanın baş tərəfində işçilər üçün daha yaxşı şəraitli xidməti otaqlar tikilir. Korroziyaya məruz qalmış bütün konstruksiyalar dəyişdiriləcək. Stansiyanın tavan hissəsi də sökülərək yenidən qurulacaq, divarlardakı mərmər örtük yenilənəcək.
 
Qeyd edək ki, işlər metropolitenin daxili imkanları hesabına QSC-yə daxil olan strukturlar tərəfindən aparılır.








www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol