• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərə 718 mln. manat kompensasiya ödənildi

Bu şəxslərə 718 mln. manat kompensasiya ödənildi
19.12.2016 10:17
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
 
Fonddan "APA-Economics"ə verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 383 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-i) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 81 min manatdan artıq kompensasiya verilib.
 
"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 269 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 944 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 213 min manatdan artıq kompensasiya ödənilib.
 
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 50 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 174 min manatdan artıq kompensasiya ödənilib.
 
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 430 mln. 534 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilib.
 
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 718,002 mln. manatdan artıq kompensasiya ödənilib.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol