• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid Əhmədov: Bu üç ay maliyyə bazarlarında ən ağır aylardır

Vahid Əhmədov: Bu üç ay maliyyə bazarlarında ən ağır aylardır
20.12.2016 16:11
"Son vaxtlar vergi sistemi ilə əlaqədar çox ciddi qanunlar qəbul edilir”. 

ANN.Az "APA-Economics”-a istinadən xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Bu yaxınlarda Vergi Məcəlləsinə 201 dəyişiklik edildiyini deyən V.Əhmədov əlavə edib ki, bu, sahibkarlığın inkişafına çox müsbət təsir edəcək. Millət vəkili qanunlara dəyişikliyin təbliğatının getməməsindən şikayət edib: 

"Çox təəssüf ki, bu qanunların qəbulundan sonra təbliğat aparılmır. Bizə həddindən artıq çoxlu müraciətlər var. Mən ilk növbədə xahiş edirəm ki, Vergilər Nazirliyi vergi qanunverciliyində dəyişikliklə əlaqədar olaraq mətbuatda geniş məlumatlar versin. Televiziya ekranlarına insanlar daha az baxır, nəinki internet saytlara. Daha çox baxılan internet saytlar var ki, bu agentliklərdə əlaqə yaradıb bu məlumatları sahibkarlara vermək lazımdır”.

Bu gün müzakirə edilən qanun layihəsini çox vacib sənəd adlandıran millət vəkili qeyd edib ki, bu, faktiki olaraq vergi yükünün azaldılmasına xidmət edəcək. Bununla belə, V.Əhmədov maliyyə sanksiyalarının ödənilməsi ilə bağlı müddətin uzadılmasını təklif edib: 

"Birincisi, siz 3 ay vaxt təyin etmisiniz. Bu üç ay bilirsiniz ki, maliyyə sistemində, maliyyə bazarlarında ən ağır aylardır. Birincis?i işləyən təşkilatlar, yəni cəmiyyətlər, təşkilatlar, iri vergi ödəyiciləri, əksəriyyəti dövlət büdcəsi ilə əlaqədar təşkilatlardır. Bilirsiniz ki, maliyyə də mart ayının 15-dən sonra bu təşkilatlara ayrılır. Ona görə də bu sanksiyaların ödənilməsinə müəyyən problemlər yarana bilər. Mən hesab edirəm ki, bu vaxtı 3 ay yox, 6 ay müddətə uzadılması yaxşı olardı. Bu müddəti uzatmaq lazımdır ki, yığımda problem olmasın”.

Millət vəkili Vahid Əhmədov və Əli Məsimli vergi amnistiyasından sonra yeni vergi borcunun yaranmamasına xüsusi diqqət yetirməyin vacib olduğunu vurğulayıb: 

"Sonra elə olmamalıdır ki, gələn ilin sonunda vergi borcu yaransın və sahibkarlar, dövlət təşkilatları bu borcun ləğvini gözləsinlər”.

Millət vəkilləri İlham Əliyev, Cavid Qurbanov, komitə sədri Ziyad Səmədzadə də qanun layihəsində vergi amnistiyası ilə bağlı nəzərdə tutulan 3 ay müddətin 6 aya qaldırılmasının vacibliyini qeyd edərək, qanun təşəbbüsü ilə çıxış edən qurum qarşısında qaldıraraq, bu təklifi nəzərə almağı tövsiyə ediblər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol