Azərbaycanın ikinci peykinin buraxılış vaxtı bilindi

Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace 2"-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq.
ANN.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərkosmos" ASC-dən məlumat verilib. İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub.
ASC-nin məlumatına görə, ikinci geostasionar peyk "Azerspace 1"-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.
Qeyd edək ki, "Azerspace 1" 2013-cü ilin fevral ayında orbitə buraxılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















