• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda benzinin və qazın qiyməti bahalaşdı

Gürcüstanda benzinin və qazın qiyməti bahalaşdı
05.01.2017 23:59
Bu il yanvarın 1-dən Gürcüstanın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti müvafiq olaraq 40 - 60 tetri artıb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, 2016-cı il dekabrın sonlarında 1,45 GEL-ə satılan benzin yanvarın 2-dən başlayaraq 1,90, 1,95 və 2 GEL-dək bahalaşıb. Benzinin qiyməti tədricən, 3 gün ərzində artırılıb. Dizel yanacağının qiyməti də yanvarın 3-dən 30-50 tetri arasında bahalaşıb.

Yanvarın 5-dən isə ölkənin yanacaqdoldurma məntəqələrində avtomobillər üçün nəzərdə tutulmuş təbii qazın qiyməti 15-20 tetri bahalaşıb.

Bu gün qaz yanacaqdoldurma məntəqələrində təbii qaz fərqli qiymətlərlə satılıb. Belə ki, "Vissol” yanacaqdoldurma məntəqəsində qazın bir kubmetri üçün 1,45 lari (təqribən 0,54 dollar), "Qamma”, "Formula” məntəqələrində 1,46 lari, "Heoraz” məntəqələrində isə 1,45 lariyə satılıb.

Ən ucuz qiymət SOCAR-ın qazdoldurma məntəqələrində qeydə alınıb - 1,44 lari.

Gürcüstanın Neft Məhsulları İdxalatçıları Şurasının sədri Vano Mtvralaşvili bildirib ki, 2017-ci il yanvarın 1-də ölkəyə gətirilən bəzi məhsullara tətbiq olunan aksiz vergilərinin dərəcəsi artırılıb. Yanacaqdoldurma məntəqələrində təbii qazın qiymətinin artması yeni ildə aksiz vergisinin artması ilə əlaqədardır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol