• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə sektoruna investisiya qoyuluşu niyə azalıb? - Ekspert AÇIQLADI

Maliyyə sektoruna investisiya qoyuluşu niyə azalıb? - Ekspert AÇIQLADI
12.01.2017 16:55
2016-cı ildə Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə investisiya qoyuluşu azalıb. Belə ki, ötən il bu sahələrə investisiya qoyuluşunun həcmi 2.6 mln. manat olub.

Statistika Komitəsindən ANN.Az-a verilən məlumata görə, 2015-ci ilin yanvar-noyabr ayları ilə nisbətdə, 2016-cı ildə maliyyə və sığorta fəaliyyətinə investisiya qoyulması (müqayisəli qiymətlərlə) 13.7% təşkil edib. Bu, 2015-ci illə müqayisədə 86.3% azalma deməkdir. 

 
İnvestisiya qoyuluşunun azalmasını ANN.Az-a şərh edən iqtisadçı-ekspert Qubad İbadoğlu bu sahələrin cari ildə daha da riskli olması ilə əlaqələndirib:

"Risklərin olması bu sahədə gəlirlərin azalmasına gətirib çıxarıb. Ümumiyyətlə, maliyyə sektoruna qoyulan vəsaitin istifadə olunması müəyyən istiqamətlərdə azalıb. Məsələn, əvvəllər kredit vəsaitləri hesabına banklar mənfəət gətirən əməliyyatlar apara bilirdilərsə, indi demək olar ki, həmin əməliyyatlar da dayanıb. Hazırda bank sektoru ən ağır dövrünü yaşayır. Belə dövrdə maliyyə sektoruna investisiya qoymaq riskli addımdır”.

Ekspertin fikrincə, ilk növbədə, maliyyə sektorundakı vəziyyət sağlamlaşdırılmalıdır:

 
"Bununla yanaşı, həmin sektorda kapitalın təmərküzləşməsi, konsolidasiyası  prosesi davam etdirilməlidir. Həmin sektorun sağlamlaşdırılması üçün hələ bankların bağlanma prosesi bundan sonra da aparılmaldır. Bəzi bankların mütləq şəkildə bağlanmasına nail olmaq lazımdır. Ölkə iqtisadiyyatında da vəziyyət dəyişməlidir. İqtisadi geriləmə dövründə kapital qoyuluşunun həcmi həmişə aşağı düşür. Belə durumdan isə maliyyə sektorunun ən çox əziyyət çəkən sahəsi bank bölümüdür”.

"Xarici vətəndaşların investisiya yatırımı məsələsinə gəlincə, əvvəla, ölkədə milli valyutanın özünün gerçək məzənnəsi olmalı, tarazlaşdırılmış kurs müəyyən edilməlidir. Maliyyə sektoru bazar qüvvələri ilə idarə edilməlidir ki, başqa xarici investitorlar da bu sahəyə pul qoysunlar. Bir sözlə, bank sektorunda manata etimad olmalıdır. Əgər öz vətəndaşımız milli valyutaya etimad etmirsə, inanmırsa, nəyə görə xarici vətəndaş gətirib ora vəsait qoymalıdır?!”, – deyə Q.İbadoğlu əlavə edib.
 
 

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə sərmayə qoyuluşu 19,8 mln. manat, 2016-ci ildə isə 2.6 mln. manat təşkil edib.  

Statistika komitəsinin məlumatına əsasən, 2016-cı ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 009,1 mln. manat yönəldilib. Bu, 2015-ci ilin  müvafiq dövrü ilə müqayisədə 28,0% az vəsait deməkdir.

Orxan Aslanlı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol