• $
  • €
  • ₽
  • ₺
  • £

Zaur Qəhrəmanov: "Petrol Ofisi" olmazsa, B və C planlarımız var"

Zaur Qəhrəmanov: "Petrol Ofisi" olmazsa, B və C planlarımız var"
23.01.2017 11:39
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avstriyanın OMV qrupunun Türkiyədəki "Petrol Ofisi” şirkətini (yanacaqdoldurma şəbəkəsi) satışa çıxarması ilə bu səhmlərə maraq göstərir. Çünki "STAR" neft emalı zavodunun istismara verilməsindən sonra  SOCAR-ın paylayıcı şirkətə ehtiyacı yaranır”.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu "SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirib.

O qeyd edib ki, bu mənada "Petrol Ofisi” SOCAR üçün ən uyğun seçimdir. "Təbii ki, burada dəyərləndirmənin də önəmi var, əgər uyğun bir məbləğ olarsa, alışa niyyətimiz var. Lakin "Petrol Ofisi” olmazsa, bizim B və C planlarımız var. Başqa bir şirkəti satın almaq üçün müzakirələr apara, yaxud da sıfırdan bir şirkət yarada bilərik”, - deyə Z.Qəhrəmanov əlavə edib.

Qeyd edək ki, OMV "Petrol Ofisi”ni 2006-cı ildə "Doğan" Şirkətlər Qrupundan 3 mlrd. dollara alıb. Hazırda "Petrol Ofisi”nin Türkiyə ərazisində 1 785 yanacaqdoldurma məntəqəsi var. OMV ötən ilin fevralında "Petrol Ofisi”ni satışa çıxaracağını elan etmişdir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol