• $
  • €
  • ₽
  • ₺
  • £

"Petlim"in II fazası iyunda istismara veriləcək

"Petlim"in II fazası iyunda istismara veriləcək
23.01.2017 12:22
"Petlim” konteyner limanı layihəsinin II fazası bu ilin iyun ayında istismara veriləcək.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu "SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirib: "İki fazadan ibarət, 380 mln. dollar dəyəri olan "Petlim” limanının ilk fazası istismara verilib. Bu liman Egey dənizi hövzəsində ən böyük tutumlu limandır. I faza üzrə həftənin 5 günü xidmət göstərilir”.

Qeyd edək ki, ötən il dekabrın 6-da "Petlim” konteyner limanına ilk konteyner gəmisi daxil olub. Bununla "Petlim”in I fazası fəaliyyətə başlayıb. I faza 2015-ci ilin sonunda tamamlanaraq "APM Terminals" şirkətinin idarəçiliyinə təhvil verilib. I fazada terminalın tutumu 800 min TEU təşkil edir. Hazırda II fazanın inşaat işləri həyata keçirilir.

Liman hələ layihə mərhələsində olarkən konteyner terminalı idarəçiliyində dünyanın ən uğurlu və ən böyük qrupu olan "Maersk"in "APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 28 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb. Liman inşaat mərhələsindəykən dünyanın nəhəng investisiya banklarından biri olan "Goldman Sachs International” layihənin dəyərini 1 mlrd. dollar olaraq müəyyənləşdirib və 30%-nə 300 mln. dollar ödəyərək "Petlim”ə ortaq olub.

Şirkətin baş direktoru "Petkim” neft-kimya kompeksindən də danışaraq qeyd edib ki, hər il kompleksə 150 mln. dollar sərmayə yatırılır. Onun sözlərinə görə, əgər bu investisiyalar olmazsa, "Petkim”in bazar payı 17%-dən 10%-ə düşər. Z.Qəhrımanov neft-kimya sahəsində yeni imkanlara baxıldığını da əlavə edib: "Ortaq yatırım də ola bilər. "STAR" neft emalı zavodu istehsala başladıqda böyük miqdarda xam maddə istehsal olunacaq. Bunu ya xam maddə kimi satacağıq ya da yeni bir neft-kimya məhsulu istehsal edəcəyik. Bu məsələyə baxırıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, "Petkim Holding" 1951-ci ildə 250 mln. lirə sərmayəsi ilə qurulub. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda "Petkim"in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Petkim Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili, bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır.

"Petkim" Türkiyənin ilk və yeganə yerli neft-kimya məhsul istehsalçısıdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol