• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan istehlakçıları xərclərinə daha ehtiyatla yanaşmağa başlayıb

Azərbaycan istehlakçıları xərclərinə daha ehtiyatla yanaşmağa başlayıb
27.01.2017 21:27
Azərbaycan istehlakçıları dünya iqtisadiyyatında baş verən qeyri-müəyyənliklər və neft qiymətlərinin düşməsindən sonra cari xərclərinə daha rasional və ehtiyatla yanaşmağa başlayıblar. 
 
"Report”un analitik qrupu bildirir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, 2016-cı ildə Azərbaycan əhalisinin gəlirləri 8,7% artım göstərdiyi halda, pərakəndə satışlar cəmi 1,5% artıb: "Yəni, əhali gəlirlərini daha çox yığıma yönəldiblər. Bu, əlbəttə, Azərbaycan Mərkəzi Bankı (AMB) üçün müsbət amildir. 

Çünki belə olduğu halda, inflyasiya idarə olunan və getdikcə azalan tendensiya göstərir. Digər müsbət hal odur ki, yığım səviyyəsinin artması idxalın həcmini azaldaraq tədiyə balansına müsbət təsir göstərir.

Lakin əhalinin qənaətcil olmasının mənfi fəsadları da mövcuddur. Bu durum iqtisadi artım tempinin yavaşlamasına gətirib çıxarır. İstehlak xərclərinin azalması iqtisadi aktivliyi aşağı salır. Nəticədə, vergi və gömrük rüsumlarının yığım səviyyəsində azalma baş verə bilər. Əlbəttə, bu geriləmə manatın məzənnəsinin ucuzlaşdırılması ilə kompensasiya edilir.

Həmçinin, bildirmək lazımdır ki, əhali yığımlarının daha çox hissəsini özündə, qalanını isə banklarda saxlayır: "İş ondadır ki, banklarda olan vəsaitlərin hazırkı payının 25-30% olması və zəif iqtisadi aktivlik şəraiti səbəbindən onların iqtisadiyyata geri dönməsi real görünmür. Məhz 2016-cı ildə iqtisadiyyata kredit qoyuluşlarının 13,2% azalması amili də bunu təsdiq edir”.

"Report”un analitikləri hesab edirlər ki, yaxın illərdə cari iqtisadi vəziyyətdən çıxış yalnız neft qiymətlərinin artması hesabına baş tuta bilər: "Uzunmüddətli perspektivdə isə iqtisadiyyatın diversifikasiyası və turizm sektorunun inkişafı əhalinin gəlirlərinin sabit artımını təmin edəcəyindən istehlak xərcləri getdikcə sürətlənə bilər. Mövcud iqtisadi durum isə hələ bir qədər də davam edəcək”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol