• $
  • €
  • ₽
  • ₺
  • £

“Fitch” bu ölkədə 18 bankın kredit reytinqini aşağı saldı

“Fitch” bu ölkədə 18 bankın kredit reytinqini aşağı saldı
03.02.2017 20:33
"Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin 18 kommersiya bankının kredit reytinqini aşağı salıb. 

ANN.Az-ın məlumatına görə, "Report” "Fitch”ə istinadən xəbər verir ki, kredit reytinqinin azaldılmasına səbəbin bu banklara Türkiyə hökuməti tərəfindən dəstəyin azalması ilə bağlı olduğu ehtimal edilir.

Agentliyin məlumatına görə, "Ziraat Bankası”, "Halk Bank”, "Vakıf Bank”, "Türkiye Sinai Kalkınma Bankası”, "Türkiyə Kalkınma Bankası” və "Türk Eximbank”ın kredit reytinqləri "BBB”-dən "BB+”a, "Akbank” və "İş Bankası”nın kredit reytinqləri isə "BB-”dan "B+”a endirilib.

Həmçinin, xarici sərmayəli banklardan "Türkiye Garanti Bankası”, "YapıKredi Bank”, "ING Bank”, "Türk Ekonomi Bankası”, "Finansbank”, "ICBC Turkey Bank”, "Burgan Bank”, "Alternatifbank”, "Küveyttürk Bank” və "Türkiyə Finans Katılım Bankası”nın kredit reytinqi isə "BBB”-dən "BBB-”a salınıb.

Xatırladaq ki, "Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin xarici valyutada uzunmüddətli müstəqil kredit reytinqini yanvarın 28-də "BBB-”dan "BB+”a endirib. 

"Report”un analitik qrupu bildirir ki, bankların reytinqinin azaldılması onların xarici bazarlardan borclanmasının maya dəyərini artıracaq. Bu da kredit faizlərinin yüksəlməsinə, nəticədə iqtisadi artımın yavaşlamasına gətirib çıxaracaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol