• $
  • €
  • ₽
  • ₺
  • £

Qara rəngli yumurta və toyuq əti satılır – FOTO

Qara rəngli yumurta və toyuq əti satılır – FOTO
07.02.2017 19:29
Vətəni İndoneziya olan Ayam Cemani cinsinə aid toyuqlar melanin (bir çox orqanizmlərdə rast gəlinən piqment-rəng verən zülal - red.) səbəbindən pipiyindən daxili orqanlarına qədər qara rəngdədir. Bu toyuqlar alıcıların da diqqət mərkəzindədir. 

Qiymətləri isə hər gün bir az daha artır.


ANN.Az bu barədə publika.az-a istinadla xəbər verir.

Genetik bir mutasiya səbəbindən bədənindəki tüklər, dərisinin rəngi, hətta yumurtası da qara rəngdə olsa da, ətinin və yumurtasının tərkibi adi toyuqlarla eynidir. Qanı isə adi toyuqlarınkı kimidir.

Toyuqlar o qədər məşhurlaşıb ki, artıq ABŞ-da yetişdirilməyə başlayıblar. Fermasında bu toyuqları saxlayan amerikalı Paul Bradşav onun görünüşünün təəccüblü olduğunu deyib:

"Günəş şüalarının altında onun qapqara tüklərinin arasında bənövşəyi və yaşıl rənglər də diqqəti çəkir. Bu toyuqların rənginin qapqara olmasının səbəbi onların adi toyuqdan 10 dəfə çox melanin istehsal etməsidir”.

Alimlər toyuqlardakı bu dəyişikliyin onlarla qidalananlar üçün heç bir təhlükəsinin olmadığını deyirlər.

Toyuqları 2, xoruzları isə 2,5-3 kiloqram olan nadir irqin bir vaxtlar ABŞ-da 2500 dollara satıldığı açıqlanıb.

Bu toyuqlarla bağlı XII əsrdə müxtəlif əfsanələr mövcuddur. Xüsusən də, zənginlər tərəfindən bəslənən qara rəngli toyuqlar sahibinə sərvət və güc gətirir. Toyuğun şans gətirdiyi kimi şərhlər verilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol