• $
  • €
  • ₽
  • ₺
  • £

Layiqli Əmək üzrə Ölkə Proqramı" seminarı keçirilir

Layiqli Əmək üzrə Ölkə Proqramı" seminarı keçirilir
27.02.2017 20:20
Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanmış "2016-2020 –ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində üç günlük seminar öz işinə başlayıb.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanmış "2016-2020 –ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üçün nəzərdə tutulan üç günlük seminar öz işinə başlayıb. Bununla əlaqədar keçirilən açılış tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbər vəzifəli şəxsləri və nümayəndələri, Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən ilin sentyabr ayında qəbul olunan "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritetlərinə uyğun hədəflərə hesablandığını vurğulayıb: "Hazırda əmək bazarının dövlət tənzimlənməsinin innovativ yanaşmalar əsasında müasir modelinin qurulması aktual məsələlərdən biridir. Həmin Ölkə Proqramı və BƏT-lə əməkdaşlıq çərçivəsində təşkil olunan təlim kursları da bu mövzuda təcrübə və fikir mübadiləsinin aparılması üçün yeni imkanlar açır”.

Nazir bildirib ki, Dünya İqtisadi Forumunun 2016-cı il üçün Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə Azərbaycan mövqeyini daha da yaxşılaşdıraraq 37-ci yerdə (MDB ölkələri sırasında 1-ci yerdə) qərarlaşıb. Bu indeksin formalaşmasında mühüm rol oynayan əmək bazarının səmərəliliyinə görə Azərbaycan 26-cı və makroiqtisadi mühitə görə 39-cu yerdə olub: "Dünyada iqtisadi və maliyyə böhranının dərinləşməsinə və bunun iqtisadiyyatımıza obyektiv səbəblərdən göstərdiyi mənfi təsirlərə baxmayaraq, 2016-cı ildə ölkəmizdə qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub və ölkə qarşısında duran bütün əsas vəzifələr icra olunub”.

S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və sosial yönümlü dövlət proqramlarında yüksək keyfiyyətli kadr potensialının formalaşdırılması, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş institusional infrastrukturun təkmilləşdirilməsi, kadr hazırlığı sisteminin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması və s. mühüm hədəflər kimi müəyyən olunub.

"Əmək bazarı bazar iqtisadiyyatının ən mürəkkəb elemetlərindən biridir. Burada əməyin qiymətinin və əmək şəraitinin müəyyənləşdirilməsi prosesində işçinin və işəgötürənin maraqlarının uzlaşması ilə yanaşı, demək olar ki, cəmiyyətdə baş verən bütün sosial-iqtisadi dəyişikliklər əks olunur”, deyə qeyd edən nazir əmək bazarının düzgün və məqsədyönlü tənzimlənməsinin ümumən sosial-iqtisadi inkişaf üçün vacib məsələlərin həllində xüsusi önəmini diqqətə çatdırıb. O bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti əmək bazarının tənzimlənməsi institutları sırasında xüsusi yer tutur: "İşsiz və işaxtaran vətəndaşların, xüsusilə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndiriməsi, onların əmək bazarına daha tez inteqrasiya olunması məqsədilə Dövlət Məşğulluq Xidmətinin maddi-texniki bazası və institusional strukturu daim təkmiləşdirilir. Belə ki, Dövlət Məşğulluq Xidməti orqanlarının strukturunun optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli Fərmanı ilə işçilərinin sayı 2 dəfədən çox artırılaraq 908 nəfərə çatdırılıb”.

Məşğulluq orqanlarının həyata keçirdiyi aktiv məşğulluq tədbirlərindən, özünüməşğulluq proqramının icrasından, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, BMT İnkişaf Proqramı və s. qurumlarla sıx əməkdaşlıq çərçivəsində icra olunan layihələrdən bəhs edən S.Müslümov nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərinin məşğulluq xidmətlərini də əhatə etməsi üçün müvafiq işlərin davam etdirildiyini bildirib: "İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sisteminin və məşğulluq xidməti orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında qurulması bilavasitə onların kadr potensialının əmək bazarının mövcud çağırışlarına cavab verməsini tələb edir. Ölkə Proqramının əsas prioritet istiqamətlərindən biri də məhz Dövlət Məşğulluq Xidmətinin kadr potensialının, əməkdaşların bilik və bacarıqlarının artırılmasına yönəlib. Hesab edirik ki, yeni başlanan təlim kursları bu məqsədin reallaşmasına, ümumən Xidmətin fəaliyyətinin müasir institusional modelinin formalaşdırılmasına öz dəyərli töhfəsini verəcəkdir”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məşğulluq orqanlarının fəaliyyətinin, əmək bazarının tənzimlənməsi sahəsində iş mexanizmlərinin mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi əsasında təkmilləşdirilməsi üçün aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıb. H.Rəcəbli yeni başlanan bu təlim kurslarını qeyd olunan istiqamətdə əhəmiyyətli addımlardan biri kimi dəyərləndirib.

AHİK-in sədri Səttar Mehbalıyev "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın məşğulluq orqanlarının potensialının gücləndirilməsində də dəstək rolu oynadığını qeyd edib. S.Mehbalıyev Proqramın əmək resurslarının səmərəli məşğulluğuna yönələn iş metodlarının təkmilləşdirilməsi, əmək bazarı proqramları üzrə uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində geniş imkanlar açdığını diqqətə çatdırıb. O, yeni başlanan bu təlim kurslarının BƏT-lə əməkdaşlıq müstəvisində məşğulluq orqanlarının potensialının artırılması baxımından müsbət nəticələrinin olacağına əminliyini bildirib.

ASK-nın prezidenti Məmməd Musayev əmək bazarı və məşğulluq sahəsində aparılan siyasətin icrasında işəgötürənlərin fəal iştirak etdiyini vurğulayıb. M.Musayev aktiv məşğulluq tədbirlərinin məqsədyönlü təşkilində məşğulluq orqanları ilə işəgötürənlərin səmərəli əməkdaşlığının, sosial dialoqun xüsusi önəmini, yeni başlanan təlim kurslarının bu sahədə də fəaliyyətin gücləndirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb. BƏT-in eksperti Mixail Puşkin təlim kurslarında nəzərdə tutulan mövzuların hər birinin məşğulluq orqanlarının fəaliyyətində vacib komponentlər olduğunu, iştirakçıların həmin mövzular üzrə dünya təcrübəsində mövcud olan yanaşma və praktikalar barədə də biliklərinin artırılacağını vurğulayıb.

Təlim kurslarının BƏT-in ekspertləri Yuri Qerçiy, Mikael Mvasikakata, Yens Sibbersen, Yulya Surinanın iştirakı ilə üç gün davam edəcək ilk mərhələsi "Məşğulluq Xidməti, əmək bazarında siyasət və məşğulluq sahəsində əhatəli siyasət proqramları”, "Gənclərə və həssas gruplara yönəldilmiş fəal əmək proqramları və tədbirlər”, "Peşə yönümü: konsepsiyalar və alətlər”, "Əmək bazarında informasiya sistemi, "Yeni iş yerlərinin yaradılması”, "Danimarka Məşğulluq Xidməti timsalında ictimai vəziyyətin təhlili”, "Dövlət Məşğulluq Xidmətinin işində sosial dialoqun rolu” və s. mövzuları əhatə edir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol