• $
  • €
  • ₽
  • ₺
  • £

Bakında qəzalı evlərin yerində 20-dən çox bina tikilir

Bakında qəzalı evlərin yerində 20-dən çox bina tikilir
28.02.2017 13:38
"2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda cənab prezident Bakı üçün qəbul olunmuş "pilot layihə"yə diqqət çəkdi. Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərindən razılaşdırmaq üçün Dövlət Komitəsinə 68 planlaşdırma həlli (tikintinin eskizi) daxil olub ki, onlardan 10-u norma və qaydalara uyğun olmadığı üçün geri qaytarılıb". Bunu "APA-Economics"ə müsahibəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.
 
Onun sözlərinə görə, yerli icra hakimiyyətləri orqanları tərəfindən qəbul olunan ərazilərin sərhədlərində onların sifarişi üzrə hazırlanan Planlaşdırma həlləri, tikintinin sıxlığı və əmsalına, binanın hündürlüyünə, söküntüyə aid binaların qırmızı xətlərinə, şaquli nişanlarına, abadlığına riayət edilməsini nəzərdə tutur.
 
"Torpaqdan istifadə planında tikinti altında olan ərazilərin mümkün ayrılma sərhədləri koordinat nişanları ilə birlikdə göstərilməsi tövsiyə olunur. Belə təfsilatlı layihəqabağı prosedur tikinti altında olan ərazinin ayrılmasının düzgün seçimini nəzərdə tutur. Planlaşdırma həlləri 185 hektar ərazidə 450 min kvadratmetr qəzalı və yaşayış üçün yararsız tikilinin söküntüsünü nəzərdə tutur. Eyni zamanda ümumi yaşayış sahəsi 2 milyon 200 min kvadratmetr olan 200-dən çox orta və çoxmərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulur. Sevindirici haldır ki, hal-hazırda Nərimanov, Nəsimi, Səbail, Suraxanı, Yasamal, Nizami rayonlarında artıq 20-dən çoxu tikilir", - deyə qurum rəhbəri qeyd edib.
 
A. Ələsgərov bildirib ki, qəzalı tikililərin və yaşayış üçün yararsız evlərin sökülməsini nəzərdə tutan "pilot layihə"nin uğurla həyata keçirilməsi, Azərbaycan prezidentinin təşəbbüsü ilə əsasən sahibkarların vəsaiti hesabına vətəndaşların sosial məsələlərini həll edən əlamətdar hadisədir: "Biz onların bu prosesdə daha çox iştirak etməsi üçün əlimizdən gələni edirik. Qəzalı və yaşayış üçün yararsız binalardan əhalinin köçürülməsi mürəkkəbliyinə görə sahibkarlara kompensasiya üçün bizim planlaşdırma həllərində bəzən tikinti sıxlığı 30%-dək artırılır".
 
Qeyd edək ki, müsahibənin tam mətni bir qədər sonra saytımıza yerləşdiriləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol