• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili ət satıcılarını tənqid etdi

Millət vəkili ət satıcılarını tənqid etdi
14.03.2017 15:00
Novruz bayramı ilə əlaqədar olaraq paytaxtın müxtəlif ərazilərində yarmarkalar təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, bayramqabağı yarmarkalara 10 tona yaxın ət çıxarılacaq və bununla da süni qiymət artımının qarşısı alınacaq. Ətin 1 kiloqramının qiyməti 6-7 manat arasında dəyişməsi bazarlara da təsir edəcək və paytaxtın digər nöqtələrində də ət satanlar məcbur olub qiyməti salacaqlar.

ANN.Az baku.ws-ə istinadən bildirir ki, paytaxtda, həmçinin də bölgələrdə satılan mal və qoyun ətlərinin qiymətinin 11-12 manatdan ucuz olmamasını nəzərə alaraq yarmarkalarda satılacaq 6-7 manatlıq ətin keyfiyyətinin nə dərəcədə normal olacağı sualı yaranır.

Millət vəkili Vahid Əhmədov 6-7 manata satılan ətin keyfiyyətinin normal olmayacağı qənaətindədir.

"Hazırda ölkə ərazisində satılan mal və qoyun ətlərinin qiyməti 12-13 manat arasında dəyişir. Faktiki olaraq ət bazarlarında bu qiymətdən ucuz satılan ət tapmaq, demək olar ki, mümkün deyil. Əgər bayram münasibətilə təşkil olunmuş yarmarkalarda əhaliyə 6-7 manata ətlər təklif olunursa, onda bu ət mal və ya qoyun əti deyil, mənşəyi məlum olmayan hansısa qeyri-adı heyvan əti ola bilər.

Bundan başqa, satılan istənilən ətın haradan əldə edilməsindən asılı olmayaraq, baytarlıq xidmətinin rəyi olması vacibdir. Ətin harada satılmağından asılı olmayaraq, üzərində baytarlıq xidmətinin möhürü olmalıdır. Əgər rəy və möhür yoxdursa, deməli, bu ət, həqiqətən də insanların sağlamlığı üçün müəyyən qədər təhlükə törədə bilər”, - deyə millət vəkili bildirib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol