• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan pomidoru Rusiya bazarında – FOTOLAR

Azərbaycan pomidoru Rusiya bazarında – FOTOLAR
17.03.2017 16:21
Bu günlərdə sosial şəbəkələrin rus seqmentində istifadəçilərdən biri Sankt-Peterburq bazarlarından birindən çəkilmiş fotoları paylaşıb. Həmin fotolara əsasən, bazarda bibər cəmi 40 rubla, mandarin 25 rubla, pomidor 20, alma isə 10 rubladır...

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu fotolar haqlı olaraq jurnalistləri heyrətləndirib.

Axı necə ola bilər? İndi ki, tərəvəzin bol olduğu yay mövsümü deyil və bazarlarda tərəvəz bol sayılmaz, bu baxımdan qiymət də Rusiya bazarları ilə müqayisədə bu cür "qəpik-quruş” ola bilməz.

Nəticədə "Komsomolskaya Pravda” qəzetinin əməkdaşları bazara yollanıblar və məsələni yerində araşdırıblar. Məlum olub ki, sosial şəbəkələrdə yayılan fotolar fotoşopla düzəldilməyib və qiymətlər doğrudan da belə aşağıdır.

Həmin fotolar şəhərin Sena meydanındakı "talkuçka”da çəkilib. Bazara daxil olan jurnalistlər girişdə dayanıb alver edən xaladan soruşublar: "Bu bazarda kiloqramı 20 rubla pomidor haradadır?”.

Xala "bax o cərgədə” deyib, "amma birinci cərgədən almayın, onlar 50-yə satır”,-xəbərdarlığından da qalmayıb. Jurnalistlər şahidi olublar ki, satıcılar doğrudan da bibərin kiloqramını 40 rubla, pomidorun kiloqramını 20 rubla təklif edirlər. Özü də Azərbaycan pomidorunun.

Ən azından piştaxtanın üzərinə yığılmış pomidorun üstündəki qiymət lövhəsində tərəvəzin Azərbaycan malı olduğu göstərilir.

Satıcılar bir ağızdan əmin edirlər ki, tərəvəzi Azərbaycan, Özbəkistan və Tackistandan gətirirlər. Əlbəttə, Moskvada dayanmaqla. "Bir hissəsini orada qoyuruq, qalanını bura gətiririk. Lakin Moskvada baha satırıq, Moskva bahalı şəhərdir”, - Əzizə adlı özbək satıcı jurnalistə deyir.

Ələddin adlı digər satıcı isə daha ətraflı və inandırıcı danışır. Deyir ki, malı Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazasından alırlar. Ona görə ucuz satırlar ki, Azərbaycanda təzə məhsul tezliklə yetişəcək və tərəvəz çoxalacaq. "Mal üstümüzdə qalmasın deyə belə ucuz satırıq”, - o əsaslandırmağa çalışır.



Qeyd edək ki, Azərbaycan son illər Rusiya bazarlarına meyvə-tərəvəz ixracını artırıb. Azərbaycanda istixanalarda yetişdirilən pomidor, xiyar, bibər, badımcan qış aylarında da Rusiyaya ixrac edilir, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş siyasətin istiqamətlərindən biri də kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməkdir.

Lakin hazırda Bakı bazarlarında pomidorun (təbii ki, yerli istehsal) 1 kiloqramı 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qədər dəyişir. Normal görünüşlü pomidorun 1 kiloqramı 3 manat 50 qəpikdən, yəni 140 rubldan aşağı deyil.

O zaman necə olur ki, Azərbaycandan Rusiyaya ixrac edilən pomidoru bundan düz 7 dəfə ucuz qiymətə (təqribən 50 qəpiyə) satırlar?

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol