• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Rusiyadan taxıl idxalını dayandırıb - YENİLƏNİB

Türkiyə Rusiyadan taxıl idxalını dayandırıb - YENİLƏNİB
17.03.2017 23:00
Heç bir ölkənin müvafiq sahə üzrə qurumları hələ də məsələni şərh etməyib

 REPORT.AZ/ Türkiyə taxıl idxalına lisenziya verilməsi siyahısından gözlənilmədən Rusiyanı çıxarıb.

 "ANN"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu, Rusiya taxılı üçün həcminə görə ikinci bazarda tədarük payının azalmasına ciddi şəkildə təsir göstərəcək.

Məlumata görə, martın 15-dən başlayaraq Türkiyə hökumətinin idxal üçün verdiyi yeni lisenziyalar siyahısında Rusiyanın adı qeyd edilməyib. Bu, Rusiya taxılının de-fakto olaraq Türkiyəyə idxalını mümkünsüz edir. 2016-cı ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək Türkiyə Rusiyadan 1,9 mln. ton taxıl alıb.

"Bu, Rusiya taxılı üçün Türkiyə bazarını faktiki bağlaya bilər. Belə ki, idxal sxeminə daxil olmayan ölkələrin mallarına 130%-lik rüsum tətbiq edilir", - deyə məlumatda qeyd edilib.

Hələlik heç bir ölkənin müvafiq sahə üzrə qurumları məsələni şərh etməyiblər.
 
Qeyd edək ki, 2015-ci ildə Türkiyə ilə Rusiya arasında yaranan gərginlik hər iki ölkənin iqtisadiyyatına təsir göstərib. Rusiya Türkiyədən əsasən meyvə-tərəvəz, göyərti idxalını qadağan etmişdi. Bundan əlavə, Türkiyədən pomidor və digər bəzi növ məhsulların idxalı dayandırılıb.

Türkiyənin müvafiq dövlət qurumları Rusiya taxılının idxalına məhduddiyyət qoyulmasına dair məlumatları təsdiq etməyiblər. 

"ANN"in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə qonşu ölkənin iqtisadi inkişaf naziri Aleksey Qruzdyev bildirib.

"Türkiyənin İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirlikləri ilə görüşlərimiz olub. Bu məlumatlar öz təsdiqini tapmayıb. Hazırda məsələ tədarük həyata keçirən biznes-birliklərinin iştirakçıları ilə də araşdırılır", - deyə A. Qruzdyev əlavə edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol