• $
  • €
  • ₽
  • ₺
  • £

Alçanı apreldə 320 manat, yayda 50 qəpik edən səbəblər - FOTO

Alçanı apreldə 320 manat, yayda 50 qəpik edən səbəblər - FOTO
01.04.2017 13:20
Hər yaz mövsümündə alçanın qiyməti yerli istehlakçını şoka salan hadisəyə çevrilir. Martda 720 manat təşkil edən alça aprelin ilk günündə artıq  320 manata (port bazar) satılır. May ayında isə alıcını hansı qiymətin gözlədiyi bəlli deyil. Sadəcə onu deyə bilərik ki, dəyərinə görə, az qala qızılın unsiyası ilə yarışan bu məhsul yay aylarında 0,50 manatdan baha olmayacaq.

Maraqlıdır ki, heç bir məhsul, hətta qızıl, neft belə dəyər qazanıb, sonradan dəfələrlə ucuzlaşmır.  Bazarlarda söhbət etdiyimiz satıcılar alçanın baha olmasına səbəb kimi mövsümü göstərirlər. Lakin o da bəllidir ki, ölkədə son illər minlərlə istixana yaradılıb və alça heç də çətin yetişdirilən meyvə deyil.  Hətta yabanıdır. Belə ki, Azərbaycanın meşələri alça ilə boldur. Becərilən yerli sortlar içərisində ən geniş yayılanlar: yaz mələsi, xanbeyi, şabranı, ağalça, talibi və başqalarıdır. 

Məhsuldarlıq  artıb 

Dövlət Statistika Komitəsinin rəqəmlərinə inansaq, 2015-ci ildə respublika üzrə 2968 ha ərazidə alça bağları salınıb. İldən-ilə alça bağlarının sayı artıb. Məsələn, 2014-cü ildə bu rəqəm 2848 ha təşkil edib. Bu bağlardan 2015-ci ildə 24394 ton alça istehsal edilib. Alça istehsalının həcmi də müvafiq olaraq artıb. Alça bağlarının məhsuldarlığı isə 93,0 sent/ha olub. Alma bağlarının məhsuldarlığından 3 bənd çox. Göründüyü kimi alçanın məhsuldarlığı kifayət qədər yüksəkdir. Sual doğurur bu meyvə niyə bahadır? 

İstixana saxlamaq bahalıdır 

Mövsümdən əvvəl bazara çıxarılan alçalar  adətən ya istixanada yetişdirilir, ya da ölkəyə idxal yolu ilə gətirilir. Əvvəlcə istixanalardan başlayaq. İstixanada alçanın yetişdirilməsi doğurdanmı bahalı prosedurdur?  Bir müddət əvvəl Göyçayda kənd təsərrüfatı istehsalçısı istixanada Göyçə Sultan növündən 9 ədəd alça ağaçı yetişdirdiyini açıqlamışdı. Bunun elə də çətin prosedur olmadığını,  hətta istixana alçasının daha dadlı olduğunu irəli sürmüşdü. Onda belə çıxır ki, alçanın qiymətinə istehsal xərcləri təsir edir. 

Nəzərə çatdıraq ki, istixana qurmaq elə də asan prosedur deyil. Polikarbonatdan olan müasir istixananın hər kvadrat metri 100-150 dollar təşkil edir. Kustar üsullarla qurulan istixanaların hər sotu isə yerli sahibkara təxminən 1500 manata başa gəlir. Başqa tərəfdən mavi qazın, suyun, eləcə də elektrik enerjisinin tarifləri qalxıb. Bu da məhsulun yetişdirilməsi xərclərinə təsir edir. 

Təklifin az olması qiymətləri artırır  

Kənd təsərrüfatı üzrə ekspert  Vahid Məhərrəmov deyir ki, istixanada məhsul yetişdirmək baha başa gəlir. Bundan əlavə məhsuldarlıq elə də yüksək olmur. Avropa ölkələri ilə müqayisədə bu rəqəm qat-qat aşağıdır: "İstixana şəraitində alça yetişdirən sahibkarların sayı çox azdır. Ölkədə satılan alça çox zaman idxal məhsulu olur. Xüsusilə İrandan gətirilir. Təklif az olduğu üçün idxalçılar qiyməti istədikləri kimi təyin edirlər". 

Alçanın hazırkı qiymətinin optimal olmadığını vurğulayan mütəxəssis bildirir ki, bununla belə kiloqramı 720 manata alça alanlar var.

Ölkəyə meyvə idxalı azalıb 

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ölkəyə meyvə-tərəvəz idxalı azalıb. Məsələn, ötən ilin yanvar ayında  ölkəyə 78,506.79 ton meyvə tərəvəz idxal edilmişdisə, bu ilin müvafiq dövründə həmin rəqəm 62,229.36 ton olub. Azalma 21 faiz təşkil edir. Bu da o deməkdir ki, daxildə istehsal artıb və bazarın tələbi yerli təklif hesabına ödənir. Deməli, meyvə bazarı ucuzlaşmalıdır, nəinki bahalaşmalı. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol