• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank myAccess mobil bankinq tətbiqini istifadəyə verdi

AccessBank myAccess mobil bankinq tətbiqini istifadəyə verdi
03.04.2017 14:40
Artıq Bankın müştəriləri istənilən vaxt əməliyyatlarını smartfonla həyata keçirə bilərlər

Bakı, 03 aprel 2017. AccessBank yeni myAccess mobil bankinq tətbiqini müştərilərin istifadəsinə verdi. Android və İOS platformaları üçün hazırlanan myAccess tətbiqi müştərilərə bank əməliyyatlarını olduqca asan və rahat şəkildə həyata keçirməyə imkan yaradır.

"Həyat tərzi sürətlə dəyişir, artıq smartfonlar insanların şəxsi və işgüzar həyatının ayrılmaz bir hissəsinə çevrilir. Təbii olaraq rəqəmsal texnoloqiyalar inkişaf etdikcə xidmət kanalları da dəyişir. Son illərin təcrübəsi göstərir ki, Bankımızın onlayn bankinq istifadəçilərinin sayı sürətlə artdıqca, insanların əyani şəkildə bank xidmətlərini əldə etmək tələbatı azalır. Rəqəmsal bankçılıq sayəsində Bankın coğrafi əhatəsi genişlənir, məhsul və xidmətləri müştərilərin olduğu yerdən asılı olmayaraq onlara daha yaxın və əlçatan olur. Biz anlayırıq ki, bank xidmətlərinin rəqəmsal kanallarla çatdırılmasını və xidmət şəbəkəsinin transformasiyasını fəal şəkildə həyata keçirən və biznes-modelini dəyişən banklar gələcəkdə daha üstün mövqedə olacaq” - AccessBank-ın İdarə Heyətinin sədr müavini Anar Həsənov şərhində bildirib.

Qeyd edək ki, əməliyyatların yüksək təhlükəsizliyini təmin edən myAccess mobil bankinq xidməti əlavə funksiyalar əlavə olunmaqla daim yenilənəcək. myAccess tətbiqini artıq App Store və Google Play-dən yükləmək mümkündür.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol