• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirilir

Bakıda Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirilir
06.04.2017 15:40
Sərgidə dünyanın 20 ölkəsindən 272 şirkət iştirak edir.

ANN.AZ/ Bu gün Bakıda XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF”) sərgisi işə başlayıb.

"ANN” xəbər verir ki, "Iteca Caspian” şirkətinin əsas təşkilatçısı olduğu sərginin rəsmi açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, bir sıra xarici dövlətlərin Azərbaycandakı səfirlikləri, yerli və xarici turizm idarələrinin nümayəndələri iştirak ediblər. 

Sözügedən sərgi beynəlxalq və yerli şirkətlərə layihələrini, turizm imkanlarını təqdim etmək üçün əhəmiyyətli platforma hesab olunur. AITF sərgisi ziyarətçilərə çoxlu sayda turizm istiqamətlərini, hava yollarını, hotel şəbəkələrini və digər turizm xidmətlərini təqdim edəcək. Bu il sərgidə 20 ölkədən 272 şirkət iştirak edir. Bununla belə, burada 17 milli və regional stend təmsil olunub.

İlk iki günü sərgi yalnız turizm peşəkarları, aprelin 8-dən isə geniş ictimaiyyət üçün açıq olacaq. Burada sərgi ziyarətçiləri yerində tur bron etmək imkanı əldə edəcəklər. Sərgi çərçivəsində bu gün "Baku Expo Center”də saat 14:00-16:00-da Kazan şəhərinin turizm imkanlarının təqdimatı olacaq. Builki vork-şop isə aprelin 7-də təşkil olunacaq.

Qeyd edək ki, "Iteca Caspian” şirkəti bu il ümumilikdə 16 sərgi və 1 konfrans keçirməyi planlaşdırır. Bu sərgilər dövlət sənaye strukturlarının dəstəyi ilə təşkil olunacaq. Belə ki, aprelin 26-28-də Bakı Ekspo Mərkəzində XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (Transcaspian/Translogistica), VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road & Traffic) və IV Xəzər Beynəlxalq Kater və Yaxtalar (CIBS 2017) sərgiləri keçiriləcək. Mayın 17-dən 19-a kimi baş tutacaq XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi (WorldFood Azerbaijan) və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya (Ipack Caspian) sərgilərinin iştirakçıları tərəfindən həm yerli, həm də xarici istehsalçı şirkətlərin çoxlu sayda məhsulları nümayiş olunacaq. 

Bu il sərgilərin yaz mövsümü regionun ən böyük sənaye sərgisi XXIV Beynəlxalq Xəzər Neft və Qaz (Caspian Oil & Gas, 31 may-3 iyun), XXIV Beynəlxalq Xəzər Neft və Qaz Konfransı (Caspian Oil & Gas Conference, 1-2 iyun) və VII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (Caspian Power) sərgiləri ilə yekunlaşacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol