İtaliya səfiri:"TAP-la bağlı işlər artıq başlayıb və bu davam edəcək"

Səfir Latsio vilayəti məhkəməsinin qərarına münasibət bildirib.
REPORT.AZ/ İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo İtaliyanın Latsio vilayəti məhkəməsi tərəfindən TAP layihəsinin tikintisi üçün Apuliya bölgəsinin Melendunyo regionundakı 221 zeytun ağacının çıxarılması işinin dayandırılması ilə bağlı qərarına münasibət bildirib.
"Report"un məlumatına görə, səfir jurnalistlərə bildirib ki, İtaliya hökuməti bunun üzərində işləyir.
O, əlavə edib ki, hazırda İtaliya məhkəməsinə təqdim edilmiş bəzi inzibati məsələlər var: "Əminəm ki, bu məsələ həll olunacaq. TAP-la bağlı işlər artıq başlayıb və bu davam edəcək".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















