• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsindən kəndlilərə müjdə: çıxarışlar əkin sahələrində təqdim olunur - FOTO

Dövlət Komitəsindən kəndlilərə müjdə: çıxarışlar əkin sahələrində təqdim olunur - FOTO
07.04.2017 14:45
Əmlak Məsələləri Dövlət Komitəsindən kəndlilərə daha bir müjdə: çıxarışlar əkin sahələrində təqdim olunur.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatı ilə məşğul olan vətəndaşları, fermerləri sevindirəcək daha bir yeniliyə imza atır. Yenilik "Kütləvi çıxarış" kampaniyası çərçivəsində həyata keçirilir. Komitə kənd təsərrüfatı ilə məşğul olan insanlara çıxarışları elə iş başında, əkin-biçin işlərinin aparıldığı sahələrdə verəcək. Məqsəd ölkədə daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, insanlarda vaxt itkisinin qarşısnın alınması, onların xidmətlərə əlçatanlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılmasıdır.

Sosial layihə olan "Kütləvi çıxarış" kampaniyası komitənin qeydiyyat xidmətlərini bir başa ünvanlarda əhaliyə çatdıraraq onları daha rahat şəkildə çıxarış əldə etməsinə imkan yaradır. Belə kampaniyaya fərdi yaşayış evləri və torpaq sahələri ilə yanaşı, hündürmərtəbəli binalardakı mənzillər də aid edilir. Kampaniya ölkəmizin istənilən yerində, paytaxtda, bölgələrdə, hətta ucqar kəndlərdə belə keçirilir.

Bu dəfəki "Kütləvi çıxarış" kampaniyası aprelin 7-də Cəlilabad rayonun bir neçə kəndində keçirilib. Kompaniya çərçivəsində çıxarışlar bu kəndlərdə yerləşən fermer təsərrüfatlarında, əkin sahələrində çalışan vətəndaşlara iş başındaca təqdim olunub. Beləki, 100-ə yaxın vətəndaş çıxarış əldə edib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Onlar bu sənədi heç bir yerə getmədən komitənin mobil ofislərində əldə ediblər. Mövsüm ilə bağlı kəndlinin əkin biçin işləri artır. Bu isə onların sahələrdə, tarlalarda daha gərgin rejimdə işləməsi deməkdir. Odur ki, kəndlinin əmlaklarına dair çıxarışları elə iş başındaca daha rahat əldə etməsi onların vaxtını sərf edərək, uzun məsafə qət edərək rayon mərkəzlərinə, aidiyyatı qurumlara getməsinin qarşısını alır. Bu isə kənd təsərrüftaı ilə məşğul olan insanların vaxtlarını daha səmərəli şəkildə planlaşdırmağa imkan verir.

"Kütləvi çıxarış" kampaniyasının bilavasitə əkin sahələrində keçirilməsinin sosial əhəmiyyəti ilə yanaşı iqtisadi faydası da var. Beləki, kəndlinin işdən ayırlmadan çıxarış alması onların fəaliyyətinin stimullaşdırılmasına, aqrar sahədə məşğulluğun artmasına, işsizliyinin azalmasına gətirib çıxaracaq. Bu eyni zamanda məhsuldarlığın artmasına səbəb olacaq.

Çıxarışın kənd təsərrüfatında işləyənlər üçün hüquqi baxımından da əhəmiyyəti var. Beləki, bu sənəd kəndlinin əmlakının artıq dövlət tərəfindən qeydiyyata alındığının, hüquqi zəmanətli oldğunun, alqı-satqı əməliyyatlarını rahatlıqla edə biləcəklərinin sübutudur.

Vətədaşlar iş yerindən ayrılmadan çıxarış almaqla yanaşı onlar həm də komitənin hüquqi yardım xidmətlərindən də yararlanıblar. Beləki, sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımı sənədlərin hansı qrumdan alınması barədə məlumatı az olan kəndlilərin suallarını komitənin əmkdaşları cavablandırıb. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.

Qeyd edək ki "Kütləvi çıxarış" kampaniyası zamanı mobil ofislər vətəndaşların iş yerlərində, istehsalat sahələrində, mənzillərində xidmət göstərərək onları çıxarış sahibi edir. Xidmətlər zamanı sənədlərin qanunauyğunluğu yerindəcə yoxlanılır, qəbul olunur, növbəti prosedurlar ətraflı izah edilir. Bununla yanaşı daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlər verilir. Ünvanlarda mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərinin təşkilində məqsəd qeydiyyat xidmətlərinin vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaş məmnunluğun təmin olunmasıdır. Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin "Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol