• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan İrandan torpaq almağa hazırlaşır

Azərbaycan İrandan torpaq almağa hazırlaşır
19.04.2017 09:40
Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu layihəsi çərçivəsində İran tərəfi Azərbaycana 35 ha sahəni icarəyə verəcək.

ANN.Az report-a istinadən xəbər verir ki, hazırda bu torpaqların icarəyə verilməsi üçün zəruri olan normativ-hüquqi aktlar hazırlanır, həmçinin müqavilə sənədləri üzərində iş aparılır.

İlkin olaraq Azərbaycana terminal hissə 25 illik, stansiya ərazisi isə 15 il müddətinə icarəyə veriləcək.

Qeyd edək ki, Azərbaycana icarəyə verilən 35 ha sahəyə taxıl terminalı, neft terminalı, konteyner terminalı, yük vaqonlarının boşaldılması-yüklənməsi üçün ərazi daxildir.

"Layihə çərçivəsində bütün tikinti işlərini Azərbaycan tərəfi aparacaq. Bu məqsədlə tender elan edilməsi nəzərdə tutulub. Tenderdə iştirak etmək istəyən şirkətlər bu müsabiqəyə dəvət olunacaq", - deyə mənbə bildirib.

"Qəzvin-Rəşt-Astara-Astara marşrutu üzrə tikinti işləri tam yekunlaşdıqdan sonra Fars körfəzindən Skandinaviya ölkələrinə dəmir yolu vasitəsilə istənilən yüklər danışacaq. İlkin olaraq konteyner daşımalarının həyata keçirilməsi nəzərdə tutulub. Bu gün Ukraynandan İrana, Skandinaviya ölkələri və əks istiqamətdə yüklərin daşınması üçün çoxlu müraciətlər daxil olur. Bütün bunları nəzərə alaraq Azərbaycan və İran tikinti prosesini sürətləndirməyə çalışır", - deyə mənbə qeyd edib.

Eyni zamanda İran tərəfi hesab edir ki, bu dəhlizdə xeyli iş həyata keçirilməlidir. Belə ki, dəmir yolunun Qəzvin-Rəşt hissəsində işlərin 2 ay ərzində yekunlaşdırılması planlaşdırılır. Həmçinin, dəmiryolu layihəsi hazır olduqdan sonra onun istismar şərtlərinin də müzakirə edilməsi təklif olunur.

Qeyd edək ki, Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu xəttinin Rəşt-Astara hissəsində tikinti işlərinin 4 ilə bitməsi planlaşdırılır. 1 mlrd. dollar sərmayə tələb edilən layihənin 500 mln. dolları dəmir yolu tikiləcək torpaq sahəsinin alınmasına, digər yarısı isə tikinti işlərinin həyata keçirilməsinə ayrılacaq. Hazırda Azərbaycan tərəfi lazım olan krediti təqdim etmək üçün müqavilə hazırlayır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.







www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol