• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda çörək istehsalında ciddi azalma

Azərbaycanda çörək istehsalında ciddi azalma
24.04.2017 20:00
Azərbaycan Dövlət Statistika Komitəsi ölkədə çörək istehsalında ciddi geriləmə qeydə alıb.

ANN.Az virtualaz.org-a istinadən xəbər verir ki, Komitənin açıqladığı statistikaya görə bu ilin birinci rübündə Azərbaycanda 13 min 755 ton çörək və çörək-bulka məmulatı istehsal olunub. Bir il əvvəlki dövrlə müqayisədə istehsal 2 min 192 ton - 13,8 faiz geriləyib. Dövlət Statistika Komitəsinin məlumatında o da deyilir ki, bu göstəricilərə kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti daxil deyil.

Orta ölçülü çörəkbişirmə zavodlarında istehsalın azalması bu ilin martına düşür. İlin ilk 2 ayında bu zavodlar 9 min tondan çox - 2016-cı ildəkindən 1 100 çox çörək istehsal edib sata bilmişdilər. DSK-nın sənaye istehsalına dair rüblük hesabatının təhlili göstərir ki, martda çörək istehsalı (4 min 714 ton) bir il əvvəllə müqayisədə təxminən 2 dəfə azalıb.
 
 
Çörəklə bərabər buğda unu istehsalı da azalıb. Yanvar-mart aylarında dəyirmanlarda 64,8 min ton - keçən ildəkindən 7,5 faiz az un üyüdülüb. Bununla belə, Dövlət Statistika Komitəsi evində çörək bişirənləri və sahibkarlıqla məşğul olan fiziki şəxsləri də nəzərə almaqla, bu ilin əvvəlindən bəri ölkədə 192,6 min ton çörək və çörək-bulka məmulatının istehsal olunduğunu açıqlayıb. Bu, 2016-cı illə müqayisədə 1,1 faiz çoxdur.

Sahibkarlığa Kömək Milli Fondunun məlumatına görə, son bir neçə ildə güzəştli kreditlər hesabına illik istehsal gücü 298 min ton olan 27 çörək istehsalı müəssisəsi qurulub. Təkcə 2015-ci ildə gündəlik istehsal gücü 43.6 ton olan 4 çörək zavodunun tikintisi maliyyələşdirilib.İri çörək zavodları ilə yanaşı, ölkədə, özəlliklə, Bakıda çoxlu kiçik təndirxanalar  fəaliyyət göstərir. Burada çörək ənənəvi çörəkdən baha satılsa da, müştəri həmişə çox olur.

Bəs ölkədə bu ilin birinci rübündə orta ölçülü çörək zavodlarında istehsalın birdən birə 14 faizə yaxın azalması hansı amillərlə bağlıdır? Doğrudanmı əhali ölkədəki iqtisadi vəziyyətlə bağlı çörəyi də qənaətlə istifadə etməyə başlayıb?

Belə görünür ki, səbəblərdən biri budur. Çörək Azərbaycan əhalisinin ən çox istifadə etdiyi ərzaqdır və ölkədə adambaşına çörək istehlakı göstəriciləri başqa ölkələrə nisbətən həmişə yuxarı olub. Lakin indi çörək istehsalı azalıb, deməli istehlak aşağı düşüb və tələbat azalıb. Tələbatın azalması isə bir tərəfdən əhalinin gəlirlərinin azalması və iş yerlərinin itirilməsi nəticəsində işsizlərin sayının artması, digər tərəfdən isə əhalinin çörəkdən daha qənaətlə istifadə etməsi ilə bağlıdır. Çünki əvvəllər Azərbaycanda çörək israfçılığı geniş rast gəlinən hal idi və azacıq köhnələn kimi çörəyin zibil qutularına atılması baş verirdi. İndi isə bu məsələdə də xərclərə qənaət etmək lazımdır.

Digər amil isə heç şübhəsiz ki, Azərbaycanda çörək zavodlarının istehsal etdiyi məhsulun keyfiyyəti ilə bağlıdır.

 Çünki statistik rəqəmlərdən göründüyü kimi zavodlarda istehsal azalsa da ümumi istehsal azacıq artıb.

 Azərbaycanda çörəkbişirmə müəssisələrinin istehsal etdiyi çörəyin içindən müxtəlif vaxtlarda cürbəcür tullantıların tapılması dəfələrlə rast gəlinib. Başqa sözlə, əhali çörək zavodlarının istehsal etdiyi çörəyi getdikcə daha az istifadə edib əvəzində evdə bişirilən çörəyə üstünlük verir. Bu, həm  də ailə büdcəsinə qənaət etməyə imkan verir. Çünki "zavod çörəyinin" istifadəsi zamanı tullantı daha çox yaranır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol