• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkir - Dağ Cəyir avtomobil yolu yenidən qurulur

Şəmkir - Dağ Cəyir avtomobil yolu yenidən qurulur
12.05.2017 15:19
Yol boyu torpaq işlərinin 90%-i görülüb

Ümumi uzunluğu 31 km olan Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolunda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir.

"Azəravtoyol" ASC-nin Mətbuat katibliyindən "Report"a daxil olan məlumata görə, 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun ümumi eni 10 metrdən 12 metrə qədər genişləndirilib.
 
Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib.

"Tikinti işləri çərçivəsində 2 hərəkət zolaqlı olan yolun kənarlarında 1.5 metr enində çiyinlər qurulub, 7 metr enində yol əsasının salınması işləri aparılır ki, bu işlər də yekunlaşır. Yol boyu 90% torpaq işi görülüb. Bu işlərdən sonra yolun asfaltlanmasına başlanılacaq. Ümumilikdə yolun 200 min kv. m-dən çox sahəsinə ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənəcək. Layihə çərçivəsində yolboyu 29 ədəd 0,5 və 1,25 metr diametrində dəmir-beton suötürücü borular tikiləcək, zəruri olan yerlərdə 270 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, daha sonra yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Torpaq və çınqıl örtüklü olan yolla vətəndaşların gediş-gəlişində, xüsusən payız-qış aylarında müəyyən çətinliklər yaranırdı. Avtomobil yolunun yenidən qurulması ilə bu problemlər həll olunacaq", - deyə məlumatda qeyd edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol