• $
  • €
  • ₽
  • ₺
  • £

“Petlim”in rüblük investisiya xərcləri 40,5 mln. lirə olub

“Petlim”in rüblük investisiya xərcləri 40,5 mln. lirə olub
12.05.2017 21:10
Petkimin investisiya xərcləri isə bu dövrdə 59 mln. lirəyə çatıb.

Bu ilin I rübündə "Petkim”in investisiya xərcləri 58 922 147 Türkiyə lirəsi (TRY) təşkil edib.

"Report” xəbər verir ki, bu il ərzində həyata keçirilən investisiyalar fabriklərin modernləşdirilməsi, tutumun artırılması, texnoloji inkişaf, enerji səmərəliliyi, ətraf mühit sərmayələri olacaq.

Bu dövrdə "Petlim”in investisiya xərcləri isə 40 499 713 lirə olub.

Qeyd edək ki, "Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda "Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub.

"Petkim” Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili olmaqla bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır. Kompleks illik ümumi 3,6 mln. tonluq istehsal gücünə malikdir.

Egey bölgəsinin ən böyük limanı olan "Petlim” konteyner limanı layihəsinin I fazası ötən ilin sonunda fəaliyyətə başlayıb. Hazırda II fazanın inşaat işləri həyata keçirilir.

"Petlim Limancılık Ticaret A.Ş.” şirkətinin 1,5 mln. konteyner  saxlama gücünə malik terminalın I mərhələsinin potensialı 800 min konteynerdir.

"Petlim Limancılık Ticaret A.Ş.”də "Petkim Holding” 70%, ABŞ-ın "Goldman Sachs” investisiya bankı 30% paya malikdir. 

Liman hələ layihə mərhələsində olarkən konteyner terminalı idarəçiliyində dünyanın ən uğurlu və ən böyük qrupu olan "APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 28 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol